Azərbaycanın müharibələri → Rəşid Göyüşov - Elmi fəaliyyəti
Qarabağda arxeoloji tədqiqat işlərini ardıcıl olaraq davam etdirən R.B.Göyüşov Alban katolikosluğunun iqamətgahı olmuş, həmçinin alban memarlığının incisi sayılan Xəznədağ (Qanzasar) məbədində apardığı tədqiqatların nəticəsində özünün "Qanzasar məbədinin dini, etnik mənsubiyyətinə dair" adlı məqaləsini yazıb nəşr etdirir. Bu məqalə Qanzasarı erməni abidəsi hesab edən və hətta onu erməni memarlığının incisi adlandıran erməni və ermənipərəst alimlər arasında böyük narazıhğa səbəb olmuş və buna görə o, 1970-ci illərdə erməni elmi ədəbiyyatında ciddi tənqidlərə məruz qalmışdı. Lakin bu heç də onu ruhdan salmır, əksinə bu mövzunu davam etdirərək, zəngin arxeoloji, epiqrafik materiallar və yazılı mənbələr əsasında öz mövqeyini ciddi şəkildə müdafıə edir və 1986-cı ildə Ardı »