Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Azərbaycanın müharibələri‎Həsənriz Tarixi

Tarixi[redaktə]
Qədim dövrdə Qafqaz Albaniyası ərazisində yerləşən Həsənriz kəndinin inkişafının əsası təxminən 15-ci əsrdə Cənubi Azərbaycandan köçmüş türk tayfaları tərəfindən qoyulmuşdur. Lakin Şimali Azərbaycanın Rusiya tərəfindən işğalından sonra bu kəndin ərazisinə İrandan çoxlu sayda erməni ailəsi köçürülməyə başlanmışdır. Qısa bir müddət ərzində kənddəki ermənilərin sayı azərbaycanlıların sayını ötməyə başladı və bundan sonra ermənilər buranı "qədim erməni ərazisi" kimi adlandırmağa başladılar. Bu kəndin erməni əhalisi hələ 1918-ci ildə azərbaycanlılara qarşı törədilmiş soyqırımda fəal şəkildə iştirak etmişdilər. Sovet dövründə kəndin adı ermənilərin tələbi ilə dəyişdirilərək Aterk qoyulmuşdur. Lakin Azərbaycan öz müstəqilliyini əldə etdikdən sonra 1992-ci ildə Ali Sovetin sədri İsa Qəmbərin qərarı ilə kəndin Ardı »

Azərbaycanın müharibələri‎Nazim Babayev (milli qəhrəman)

Həyatı[redaktə]
Nazim Babayev 7 fevral 1975-ci ildə Salyan rayonunda anadan olmuşdur. 1992-ci ildə kənd orta məktəbini bitirir. 1993-cü ildə Milli Orduya çağırılır.

Döyüşlərdə iştirakı[redaktə]
Nazim Babayev torpaqlarımız uğrunda gedən döyüşlərdə iştirak etmək üçün cəbhəyə yollanır. Nazim Füzuli, Tərtər bölgəsində vuruşurdu. 1995-ci il mart hadisələri zamanı gənc Nazim silahlı dəstələrin tərksilah edilməsində iştirak edirdi və 15 mart 1995-ci il qardaş gülləsindən həlak oldu.

Milli Qəhrəman[redaktə]
Subay idi.

Milli Qəhrəman[redaktə]
Azərbaycan Respublikası prezidentinin 4 aprel 1995-ci il tarixli 307 saylı fərmanı ilə Babayev Nazim Abbas oğluna ölümündən sonra “Azərbaycanın Milli Qəhrəmanı” adına layiq görülmüşdür.

Salyan rayonu Qaraçala kənd qəbristanlığında dəfn edilmişdir.

Salyan şəhərindəki mərkəzi parkda büstü qoyulmuşdur. Ardı »

Azərbaycanın müharibələri‎Səfiyar Behbudov

Həyatı[redaktə]
1967-ci il iyunun 18-də Bərdə rayonunun Mollalı kəndində anadan olmuşdur. 1984-cü ildə 6 saylı Bərdə şəhər orta məktəbini bitirdikdən sonra Sovet ordusu sıralarına hərbi xidmətə çağırılmışdır. Ordudan tərxis olunduqdan sonra zabitlik kursunu kiçik leytenant rütbəsi ilə bitirən Səfiyar, 1988-ci il Milli Azadlıq Hərəkatının fəal iştirakçılarından olmuşdur. O, Bərdədə "Soy" Demokratik Gənclər Təşkilatını yaradaraq gəncləri öz ətrafında toplamışdır. Xocalı soyqırımından bir həftə sonra o, tərəddüd etmədən Bərdə özünümüdafiə batalyonuna daxil olmuşdur. Bölmə komandiri təyin edilən Səfiyar Tərtər bölgəsində bir neçə uğurlu əməliyyat keçirdikdən sonra, onun bölməsini Ağdam istiqamətində gedən döyüşlərdə vuruşmağa göndərmişdilər.

1992-ci il mart ayının 11-ində qəflətən həyəcan siqnalı verilir. Erməni faşistləri Ardı »

Azərbaycanın müharibələri‎Kərəm Mirzəyev

Həyatı[redaktə]
Mirzəyev Kərəm Ərşad oğlu 20 may 1960-cı ildə Qubadlı rayonunun Xanlıq kəndində anadan olmuşdur. 1977-ci ildə burada orta məktəbi bitirmişdir. 1978-ci ildə Azərbaycan Dövlət İnşaat Mühəndisləri İnstituna daxil olmuşdur. Azərbaycan İnşaat Universitetini yenicə başa vurub kəndlərinə qayıtmışdı. 1983-1985-ci illərdə hərbi xidmətdə olmuşdur. Kərəm Arxangelsk və Murmansk şəhərlərində tank bölüyündə xidmət etmişdi. 1990-cı ildə Qubadlı rayonunda sahə müvəkkili kimi işə başlayır. Müharibə başlayanda Kərəm baş leytenant idi və doğma Xanlıq kəndində sahə müvəkkili işləyirdi. Bir müddət Kalininqrad şəhərində təhsil aldığdan sonra Vətənə dönür. 30 yaşını yenicə başa vurmuş Kərəmin gələcəklə bağlı çox böyük arzuları vardı. Lakin müharibə onun bütün gələcək arzularını arxa Ardı »

Azərbaycanın müharibələri‎Ramiz Qəmbərov

Həyatı[redaktə]
Ramiz Qəmbərov 2 iyul 1962-ci ildə Şuşa şəhərində anadan olmuşdur. 1979-cu ildə H.Hacıyev adına Şuşa şəhər orta məktəbini bitirmişdir. 1980-ci ildə hərbi xidmətə çağırılmış, 1982-ci ildə ordudan tərxis olunaraq Şuşaya qayıtmışdır. 1986-cı ildə Azərbaycan İnşaat Mühəndisləri İnstituna daxil olmuşdur. Amma təhsilini başa çatdıra bilməmişdir. Erməni təcavüzkarlarının başlatdığı Qarabağ müharibəsi minlərlə qeyrətli Azərbaycan oğulları kimi Ramizi də torpaqlarımızın müdafiəsinə qalxmağa məcbur etmişdir. Ramiz 1988-ci ildən xalq hərəkatına qoşulmuşdur. O, 1992-ci ildə könüllü özünümüdafiə batalyonu yaratmış və bu batalyonun başçısı olmuşdur. Onun taboru Şuşa şəhərinin, Kərkicahan, Kosalar, Nəbilər, Qaybalı, Malıbəyli, Quşçular, Göytala kəndlərinin müdafiəsində mərdliklə vuruşmuşdur. 29 aprel 1992-ci ildə erməni işğalçıları Kosalar Ardı »

Azərbaycanın müharibələri‎Elnur Nuriyev (milli qəhrəman)

Həyatı[redaktə]
Elnur Nuriyev 22 avqust 1975-ci ildə Zəngilan rayonunun Cahangirbəyli kəndində dünyaya göz açmışdır. 1982-1992-ci illərdə burada kənd orta məktəbində təhsil almışdır. Elnur 1993-cü ildə Milli Ordu sıralarına çağırılır.

Döyüşlərdə iştirakı[redaktə]
Bir müddət təlim keçdikdən sonra Elnur Nuriyev cəbhəyə göndərildi. O, Füzuli rayonunun Kürdmahmudlu, Alıxanlı kəndlərində rəşadətlə vuruşmuşdur. Elnur minaaxtaranlar bülüyünə komandir təyin edilmişdi. Tərtər cəbhəsində ermənilər güclü əks hücuma keçərək bir neçə kəndi işğal etmişdilər. Elnur bölüyü ilə həmin əraziyə göndərildi. Qapanlı, Seysulan kəndləri azad edildi buradakı döyüşlərdə Elnur şücaət göstərərək vuruşmuşdu. 1994-cü il 4-5 oktyabr hadisələri zamanı onu Gəncəyə göndərdilər. Dövlət çevirilişinə cəhd edən silahlı dəstənin zərərsizləşdirilməsi zamanı Elnur döyüş tapşırığını yerinə Ardı »

Azərbaycanın müharibələri‎Cavanşir Rəhimov

Həyatı[redaktə]
5 iyun 1973-cü ildə Qax rayonunun Qaşqaçay kəndində dünyaya göz açmışdır. Bir yaşında olarkən ailələri Bakının Qaraçuxur qəsəbəsinə köçmüşlər. Cavanşir buradakı Suraxanı rayonu 104 saylı orta məktəbə getmiş, səkkizinci sinfi bitirdikdən sonra isə texniki-peşə məktəbində təhsilini davam etdirmişdi. O, qısa müddət ərzində karate idman növünü öyrənmiş və idman ustası normativini ödəmişdi. 1992-ci ildə Cavanşir hərbi xidmətə çağırılır, onun taleyinə Hərbi Hava Qüvvələrində xidmət etmək düşür. Bir müddət təlim keçən Cavanşir Rəhimov bort-atıcı peşəsinə yiyələnmişdi. Könüllü olaraq müharibəyə getmək istədiyini bildirəndə onu baş leytenant Ruslan Polovinkonun komandiri olduğu Mi-24 vertolyotuna bort-atıcı təyin edilir.

Vəfatı[redaktə]
6 avqust 1992-ci ildə Qasapet yüksəkliyindəki döyüşçüləri xilas etmək üçün Ardı »

Azərbaycanın müharibələri‎Aqşin Məmmədov

Həyatı[redaktə]
Məmmədov Aqşin Eldar oğlu 1 iyul 1969-cu ildə Laçın şəhərində fəhlə ailəsində anadan olub Əslən Laçının Cağazur kəndindəndir. 1976-1986–cı illərdə Laçın şəhər 2-saylı orta məktəbində təhsil alıbdır. 1987-1989-cu illərdə Özbəkistan SSR-də hərbi xidmətdə olub. 1990-cı ildə Laçın Rayon Rabitə qovşağında poçtalyon kimi işə başlamışdır. 1991-ci ildə Laçın rayonunda yaradılmış könüllülərdən ibarət 811-saylı alayın ilk döyüşçülərindən olub. Laçın işğal edilənə qədər döyüşlərdə iştirak edibdir. 17 may 1992-ci ildə rayonun Fətəlipəyə kəndində Qrad qurğusu maşını ilə qəzaya düşüb müxtəlif bədən xəsarətləri alıbdır.

Laçın şəhərinin işğalından sonra 811 saylı hərbi hissənin tərkibində Suarası, Səfiyan, Güləbird, Malxələf kəndləri uğrunda gedən döyüşlərdə iştirak edibdir. 1992-ci ilin payızında Ardı »