Anatoli Petroviç Novoseltsev və Z. İ. Yampolski belə hesab edir ki, erkən orta əsrlərdə Qafqaz Albaniyasının əhatə etdiyi əraziyə, əsasən indiki Azərbaycanın, eləcə də Ermənistanın, Dağıstanın və Şərqi Gürcüstanın ərazisi daxil idi.
Erməni iddialarına görə, qədim dövrlərdə və erkən orta əsrlərdə Azərbaycan ərazisi Kür çayının yalnız şimalında (Kürün sol sahilində) yerləşmişdi, yəni bu ənənəyə görə Kür və Araz çayları arasındakı ərazi guya əvvəllər ermənilərin olub. Yalnız 387-ci ildən sonra həmin torpaqlar Albaniyanın tərkibinə keçmiş, lakin etnik, siyasi və mədəni cəhətdən əvvəlki kimi Böyük Ermənistanın Şərq əyalətləri olmuşdur..
Gürcü alimlərinin qənaətinə (köhnə) görə Kürün sol sahilindəki Albaniya ərazisinin Qərb hissəsi Gürcüstanın olmuşdur. Yeni gürcü Ardı »