Maraqlı melumatlar → Allahın Lənətindən Qorxuram
Keçmiş zamanlarda bir nəfər Ərəbistan çöllərində təkbaşına uzaq bir səfərə çıxıbmış. Şeytan onu yolundan azdırmaq üçün təğyiri-libas olub insan qiyafəsində onun qarşısına çıxır və deyir:
- Salam, ey dost. Görürəm, təkbaşına harasa səfər edirsən. İstəyirsənsə, sənə yol-yoldaşı olaram. Mənim də yolum sən getdiyin cəhətədir.
Həmin şəxs çox sevinir və şeytanın təklifini qəbul edir. Bu minvalla iki yoldaşı uzun-uzadı yollarına davam edirlər. Nəhayət qaş qaralır, axşam düşür. Birdən şeytan yoldaşına deyir:
- Mən səninlə dostluq etmək istəmirəm!
Adam bunun səbəbini soruşduqda Şeytan dillənir:
- Səhərdən səni müşahidə edirəm. Səni bir dəfə də olsun namaz qılan görmədim. Mən insan qiyafəsinə girmiş şeytanam. Səni yolundan azdırmaq üçün belə etdim. Ardı »