Maraqlı melumatlar → Hedisi Kudsi
Ey ademoglu,dua senden icabet menden,istigfar senden bagiwlamag menden,tövbe senden qebul menden,sukur senden cox vermek menden.Ne istedinki vermedim sene Ardı »
Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən
Ey ademoglu,dua senden icabet menden,istigfar senden bagiwlamag menden,tövbe senden qebul menden,sukur senden cox vermek menden.Ne istedinki vermedim sene Ardı »
“Sahib olduğunuz cariyələr istisna olmaqla, ərli qadınları almaq da sizə haram edildi. Allahın sizə buyurduğu hökmü belədir. Bunlardan başqaları ilə, öz malınızla, nikah etməklə, zinakarlığa yol vermədən, evlənməyiniz sizə halal edildi. Evləndiyiniz qadınlardan zövq aldığınıza görə onlara, vacib buyurulmuş mehrlərini verin. Bu mehir müəyyən edildikdən sonra öz aranızda razılaşdığınız şeyə görə sizə heç bir günah olmaz. Həqiqətən, Allah Biləndir, Müdrikdir”. (NİSƏ -24)
Kişilərə evli qadınlarla evlənmək qadağan edilmişdir. Heç kimə, hələ evli olan qadınla evlənməyə yol verilməyib və əri onu boşadığını elan etdikdən və boşanma üçün müəyyən edilmiş müddət bitdikdən sonra bu qadağa götürülür. Bu qaydadan istisna təşkil edən müsəlmanlara əsir düşən Ardı »
Müaviyənin xəlifəlik dövrü müsəlmanlar üçün xeyirli oldu. Çünki onun xilafəti dövründə özbaşınalığa son qoyuldu, döyüşlər bitdi, düşmən təcavüzünün qarşısı alındı, müsəlmanların əvvəllər fəth etdikləri torpaqlar yenidən düşməndən alınaraq geri qaytarıldı. Buna səbəb müsəlmanların vahid rəhbər ətrafında birləşmələri idi. Müsəlmanlar cihad ovqatını yüksəldərək fəthlərə yenidən başladılar və bütün gücü xarici qüvvələrə qarşı yönəltdilər. Müaviyə insanlara gözəl güzaran təmin etdi, uzaq hesab edilənləri xalqı üçün yaxınlaşdırdı və xəlifəliyi dövründə heç kəs ona qarşı çıxmadı. Az sayda xeyirsiz xəvariclər istisna olmaqla, hamı bir nəfər kimi ona itaət etdi. Müaviyənin vaxtında qış və yaz döyüşləri adlı hərəkatlar geniş yayıldı.
Müaviyənin vaxtında görülən əsas işlər:
1. Hicrətin əlli Ardı »
İnsanları doğru yola çatdıracaq olan, Quran ayələrinə tabe olmaqdır. Bu gerçəyi Allah,
“Onlara (küfrdən) çəkindirən neçə-neçə xəbərlər gəlmişdir.Bu böyük bir hikmətdir. Lakin (arxa çevirənlərə) təhdidlər nə fayda verə bilər?!” (Qəmər Surəsi, 4-5)
ayələriylə bildirmişdir. Bir başqa ayədə isə Allah,
“Onların rəvayətlərində ağıl sahibləri üçün bir ibrət vardır. (Bu Quran) uydurulmuş bir kəlam deyildir. Ancaq özündən əvvəlkiləri təsdiqləyən və hər şeyi müfəssəl izah edəndir; iman gətirən bir camaat üçün hidayət və mərhəmətdir.” (Yusuf Surəsi, 111)
sözləriylə, Qurandakı hekayələrin hikmət gözüylə baxanlar üçün ibrət və ya nümunə götürüləcək bir çox öyüd ehtiva etdiyini xatırlatmışdır.
Allah, iman edənlərin öyüd və ibrət almaları gərək olan bu Ardı »
Sual- Saqqalını qırxan və hətta saqqal saxlayan müsəlmanlara rişxənd edən və onlara saqqallarını qırxmağı əmr edən bir kəsin arxasında namaz qılmağın hökmü nədir?
Cavab-Həmd yalnız Allaha məxsusdur. Allahın salamı və salavatı Onun rəsuluna, rəsulunun ailəsinə və rəsulunun əshabələrinin üzərinə olsun.
Saqqal saxlayan bir insana rişxənd etmək olmaz. Çünki saqqal saxlamaq yalnız Allah rəsulunun sallallahu aleyhi və səlləm əmrinə tabe olmaqdır. İstehza edən insana nəsihət edin və onu başa salın ki, saqqala istehza etməklə o sadəcə böyük günah deyil, həmçinin onu dindən çıxaran (kafir edən) günah işləyə bilər.
Uca Allah buyurur: “Onlardan soruşsan: “Biz ancaq söhbət edib zarafatlaşırdıq (əylənirdik)”,- deyə cavab verərlər. De: Ardı »
Sizə heç bir əhəmiyyəti və xeyiri olmayan sözlərdən dilinizi saxlayın.
Həqiqətdə Adəm övladının xətalarının çoxu dilindən çıxar.
İnsanda dil kimi çox günah baş verən ikinci bir üzv yoxdur. Elə buna görə də susmaq hikmət qapılarındandır.
Sizi cənnətə aparan xeyirli sözlərdən başqasını dilinizə gətirməyin.
Hədisdə var ki, mömin bəndənin susduğu vaxtlarını onun üçün savab yazarlar.
Hər kəs hər iki dünyada salamat qalmaq istəyirsə öz dilini qorusun.
Peyğəmbər (səlləllahu əleyhi və alihi və səlləm) buyurmuşdur:
Möminin nicatı dilini qorumaqdadır?.
İnsanın cəhənnəmə düşməsinə səbəb onların dillərinin törətdiyi bəlalardan bşaqa bir şey varmı?!
Bəndənin qəlbi saf olmasa imanı düz olmaz. Dili düz olmasa qəlbi saf olmaz.
Çünki Ardı »
Cəhənnəm əhlinin Cəhənnəmdə düçar olduqları bir çox əzab növləri vardır ki, onların da bəziləri fiziki, bəziləri isə mənəvi əzabdır.
Fiziki əzablardan:
1. Cəhənnəm əhlinin üzünün qara olması.
Bu üzlərin nə əzablar gördüyünü, bu qəlblərin nə dəhşət və vahimələr yaşadığını, bu insanların hansı təhqir və rəzilliklərə məruz qaldığını yada salsaq, onda onların üzlərinin qaralmasından danışmağa gərək qalmaz. Belə olan halda daxildəki rəzillik və alçaqlıq aşkara çıxaraq onların üzlərinin qaralmasında özünü göstərir. Bu barədə Allah-taala Öz müqəddəs kitabında belə buyurur: «Bə’zi üzlərin ağ, bə’zi üzlərin isə qara olacağı gündə (qiyamət günündə), üzü qara olanlara: "İman gətirəndən sonra kafirmi oldunuz? İndi, kafir olduğunuza görə dadın əzabı!" - Ardı »
Allah – sübhanəhu və təala – hər bir şeydə birdir. Zatında, əməlində, İsim və Sifətlərində də. İbadət edilməyə layiq olub, bu xüsusda tək haqq sahibi olmaqla da birdir. Bu sayılanların heç birində ortağı (şəriki) yoxdur. Həmçinin yaratmaqda da, əmr etməkdə də, öldürməkdə də, diriltməkdə də, ruzi verməkdə də, xəstəlik göndərən və şəfa verməkdə də ortağı (şəriki) yoxdur.
«Həqiqətən rəbbiniz göyləri və yeri altı gündə xəlq edən, sonra ərşə yüksələn, sürətlə təqib edən, gündüzü gecə ilə örtüb bürüyən, günəşi, ayı və ulduzları əmrinə tabe edərək yaradan Allahdır. Bilin ki, yaratmaq da, əmr etmək də ona məxsusdur. Aləmlərin Rəbbi olan Allah nə qədər uca Ardı »