Maraqlı melumatlar → ƏSMƏUL HUSNƏ (ƏN GÖZƏL İSİMLƏR) MƏLİK – MƏLĪK - MƏƏLİK
əl-Məlik – əl-Məlīk - Hökmüdar, kral mənasında bir kəlimədir. Mə-Lə-Kə felindən gəlir. Məlik, sahib olmaqdır. Həm bir şeyə sahib olmağı, həm də qüvvətli olmağı əhatə edir. O, özündən başqa heç bir ilah olmayan Məlikdir (mütləq sahibdir)». (əl-Həşr 23). Məlik – kəliməsi də işlədilə bilər. Mütləq Məlik ancaq və ancaq Allahdır. Çünki Quranda mülkün yalnız Allaha aid olması dəfələrlə qeyd edilmişdir. «Göylərin və yerin, ikisi arasında olanların mülkü Allahındır». (əl-Maidə 18). «De ki: «Allahım! Mülkün sahibi. Mülkü dilədiyinə verir, dilədiyindən isə alırsan». (Ali İmran 26). «Haqq Məlik olan Allah ucadır». (əl-Muminun 116). «Haqq məclisində, qadir hökmüdar (MƏLĪK) Allahın hüzurunda olacaqlar». (əl-Qəmər 55). Ardı »