Maraqlı melumatlar → əl-Ələq surəsi
Bismillahir–rəhmanir-rəhim!
1.(Ya Peyğəmbər! Qurani-Kərimi bütün məxluqatı) yoxdan yaradan Rəbbinin adı ilə (bismillah deyərək) oxu!
2.O, insanı laxtalanmış qandan yaratdı.
3.(Ya Peyğəmbər!) Oxu! Sənin Rəbbin ən böyük kərəm sahibidir!
4.O Rəbbin ki, qələmlə (yazmağı) öyrətdi.
5.(O Rəbbin ki) insana bilmədiklərini öyrətdi.
6.Xeyr, insan azğınlıq edər,
7.Özünün dövlətli olduğunu gördüyü üçün!
8.Axı sənin axır dönüşün Rəbbinədir!
9.Gördünmü o kimsəni (Əbu Cəhli) ki, mane olur
10.Bir bəndəyə (sənə) namaz qıldığı vaxt?
11.Bir de görək, əgər o doğru yoldadırsa,
12.Yaxud (xalqa Allahdan) qorxmağı əmr edirsə, (sən belə bir əməl sahibinin namaz qılmasına nə üçün mane olur, ona ibadət etməyi niyə qadağan edirsən? Bundan da rəzil Ardı »