Maraqlı melumatlar → QİYAMƏT GÜNÜNÜN BÖYÜK ƏLAMƏTLƏRİ (2-ci əlamət: DƏCCALIN FİTNƏSİ) ALTINCI MƏSƏLƏ
Dəccalın rübubiyyət çağırımının batil olması barədə
Dəccala məxsus bu sifətlər tam naqisdirlər. Bu zəif və naqis məxluq necə rübubiyyət iddiasında ola bilər? O iddia edir ki, insanların Rəbbidir. İnsanların Rəbbini bu dünyada gözlə görmək olmaz. Peyğəmbər (sav) deyir: "Bilin ki, sizdən heç kəs ölənə kimi belə öz Rəbbini görə bilməz".
(Müslim "Səhih". Fitnələr kitabı 18/37)
Bundan əlavə o normal məxluq deyildir. Onun çoxsaylı eyibləri vardır ki, onları gizlətmək olmaz. Bunlardan biri də onun tək gözlü olmasıdır. Bu barədə Peyğəmbər (sav) demişdir: "Allah sizdən gizlənmir, Allah tək göz deyildir". Bu zaman o, öz iki gözünü əli ilə göstərərək demişdir ki: Məsih Dəccalın sağ gözü kordur. Ardı »