Maraqlı melumatlar → Həyatı (zamanı) söyməyin hökmü
Sual- İnsan qəzəblənsə və yaxud həyatdan bezsə həyatı söyə bilərmi? Ümid edirik ki, bu barədə bizə nəsihət edəcəksiniz.
Cavab-Həmd Allaha məxsusdur.
İnsan həyatından bezsə onun həyatı söyməsinə icazə verilmir. Çünki peyğəmbər sallallahu aleyhi və səlləm qüdsi hədisdə Allah təaladan rəvayət edir ki, Allah təala buyurur: “Adəmoğlu zamanı söyməklə Məni incidir və Mən Zamanam. Gecə və gündüzün bir-birini əvəz etməsi Mənim əlimdədir”. Həmçinin rəvayət olunur ki, peyğəmbər sallallahu aleyhi və səlləm demişdir: “Zamanı söyməyin, çünki Zaman Allahdır”, yəni, zamanı idarə edən Allahdır. Ona görə də insanın başına bir bəla gəldikdə o səbirli olmalı və mükafatını ümid etməlidir, çünki Allah səbirli olmağı əmr etmişdir. Ardı »