Maraqlı melumatlar → Ölüm ibrət və qaydalar (CƏNAZƏNİN DAŞINMASI VƏ ONUN MÜŞAİYƏT EDİLMƏSİ)
ON BİRİNCİ: CƏNAZƏNİN DAŞINMASI VƏ ONUN MÜŞAİYƏT EDİLMƏSİ
1. Cənazəni daşımaq və onu müşaiyət etmək, vəfat etmiş müsəlmanın diri müsəlman üzərində haqqıdır.
2. Cənazə müşaiyət etməyin iki savab dərəcəsi var:
a) evdən namaz qılınan yerədək;
b) evindən dəfn edildiyi yerədək. Bu daha üstündür.
3. Cənazəni qadınlar yox, kişilər müşaiyət etməlidirlər. Qadınların cənazəni müşaiyət etməsini Peyğəmbər (Ona və ailəsinə Allahın salavatı və salamı olsun) yasaq etmişdir.
4. Cənazəni şəriət qaydalarına uyğun müşaiyət etmək lazımdır. Qışqırıb ağlamaq, ətrafa ətir səpmək və s. bu kimi işlər şəriətə müxalifdir. Cənazəni müşaiyət edərkən sükut və fikirli olmaq daha məqbuldur.
5. Cənazəni daşıdıqda addımları sürətləndirmək lazımdır. Əlbəttə, qaçmaq olmaz.
6. Cənazənin qabağında, sağında və solunda Ardı »