Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Maraqlı melumatlarBağlanmayan Qapı

Böyük şəhərlərin birində valilik edən bir varlının çox gözəl bağçası var idi.Bağında rəngarəng çiçəklər,növbənöv quşlar yaşayırdı.Günlərin biri varlı bağçaya gəlir və orada bağbanın xanımını görüb onun gözəlliyinə valeh olur.Vali bir bəhanə ilə qadının ərini eşiyə göndərir.Bağban getdikdən sonra o qadında bütün qapıların bağlanmasını istəyir.Qadın ağıllı və namuslu idi.O,valinin şeytan niyyətini başa düşür,gedib ağacın arxasında bir qədər gözləyir,sonra valinin yanına dönür və deyir:
Qapıları bağladım,yalnız biri qaldı,onu bağlamağa gücüm çatmadı.Nə qədər çalışdımsa bağlaya bilmədim.
Vali soruşur:
-O hansı qapıdır?
Qadın deyir:
-O ALLAH`ın bizi gördüyü qapıdır.
Vali qadının bu sözlərini eşidincə bədəni lərzəyə gəlir,peşman olub onu əfv etməsini istəyir.Vali ixlasla tövbə edir. Ardı »

Maraqlı melumatlarTəqlidçilik

«Onun əmrinə qarşı çıxanlar başlarına gələcək bir bəladan, yaxud düçar olacaqları şiddətli bir əzabdan həzər etsinlər». (ən-Nur 63). «Amma xeyr! (Ya Məhəmməd!) Sənin Allahına and osun ki, onlar öz aralarında baş verən ixtilaflarda səni hakim təyin etməyincə və verdiyin hökmlərə görə özlərində bir sıxıntı duymadan sən tam bir itaətlə boyun əyməyincə (həqiqi surətdə) iman gətirmiş olmazlar». (ən-Nisa 65).

«Onlara: «Allahın nazil etdiyinə və Onun peyğəmbərinə tərəf gəlin! – deyildiyi zaman: Atalarımızın getdiyi yol bizə yetər – deyə cavab verirlər. Bəs ataları heç bir şey bilməyib doğru yolda deyildilərsə necə?». (əl-Maidə 14).

«Allahın göndərdiyinə tabe olun! – deyildiyi zaman onlar: Biz ancaq atalarımızın Ardı »

Maraqlı melumatlarAmin Ya Rebbil Alemin

AMİN YA RƏBBİL ALƏMİN...

*ALLAHIM AMİN DEYƏN QARDAŞLARIMIN QÜSURLARINI ÖRT,QORXULARDAN ƏMİN QIL..

*ALLAHIM AMİN DEYƏN QARDAŞLARIMA TÖVBƏ EDƏRƏK TƏMIZ VE PAK HALDA SƏNIN QARŞINA GƏLMƏYI NƏSİB ET...

*ALLAHIM SƏN BİZLƏRİ QİYAMƏT GÜNÜ GƏLDİYİNDƏ ASAN İMTAHAN VERƏNLƏRDƏN ET!
[AMİNNNN] Ardı »

Maraqlı melumatlarDili hifz etmək

Allah təala buyurur: “Dediyi hər sözü (yazmaq üçün) onun yanında hazır durub gözləyən (iki mələk) vardır!” (Qaf surəsi,18). İnsanın yaxınlığında onun hər sözünü yazan mələklər vardır. Lakin insan bu hörmətli mələkləri gözü ilə görmədiyi üçün düşünmədən və fərqinə varmadan danışır. Allah təala buyurur: “Şübhəsiz ki, Rəbbin (bəndələrinin bütün əməllərini) baxıb görür” (əl-Fəcr (Dan yeri) surəsi, 14).

Bilinməlidir ki, Allah təala bizi qoruyur və bizi mühafizə edir. Insanın müstəhəb, günah, savab, dediyi hər bir söz qeyd olunur. Buxari və Müslimin səhih kitabında Əbu Hüreyrədən (r.a) gələn rəvayətdə deyilir ki; Peyğəmbər (s.ə.s) dedi: “Kim Allaha və axirət gününə iman edirsə ya xeyir söyləsin, Ardı »

Maraqlı melumatlarƏl-Rəhman surəsinin 33-cü ayəsinin mənası nədir?

Sual: Əssalamu aleykum.
Qardaş, 55-ci surə 33-cü ayənin təfsirini mənə tərcümə etmək üçün sizin köməyinizə ehtiyacım var (Çünki ərəb dilini bilmirəm).
“Ey cin və insan tayfası! Əgər göylərin və yerin ətrafından (çevrəsindən) kənara çıxa bilərsinizsə, çıxın. Siz (oradan) ancaq (qüdrət və) qüvvətlə (Allahın sizə bəxş etdiyi elmin qüdrətilə) çıxa bilərsiniz! (Yaxud siz oradan qüdrət və qüvvət vasitəsilə çıxa bilərsiniz ki, bu da sizdə yoxdur!)”

Cəzaka Allahu xeyr.

Cavab: Həmd Allaha məxsusdur.

Ər-Rəhman surəsinin 33-cü ayəsinin mənaca tərcüməsi. Allah təala buyurur: “Ey cin və insan tayfası! Əgər göylərin və yerin ətrafından (çevrəsindən) kənara çıxa bilərsinizsə, çıxın. Siz (oradan) ancaq (qüdrət və) qüvvətlə Ardı »

Maraqlı melumatlarPeyğəmbərimiz (s.a.v) doğulması

PEYĞƏMBƏRİMİZİN (s.a.v) DOĞULMASI


Peyğəmbərimiz (Səllallahu Aleyhi və Səlləm) Məkkədə Haşim oğulları məhəlləsində, Rəbiül-Əvvəl ayının doqquzu və ya on ikisinə, bazar ertəsi gününün səhəri, "Fil ilində" dünyaya gəlmişdir. Doğulmağının Rəbiül-Əvvəl ayının doqquzunda olmağı gerçəyə daha uyğun, on ikisi isə daha məşhurdur. Bu miladi, 571-ci ilə təsadüf edir.


Onu (Səllallahu Aleyhi və Səlləm) Əbdür-Rəhman b. Auf``un (radiyəllahu anhu) anası, Amrın qızı Şəfa (anası Əminədən) doğuzdurmuşdur. Anası Əminə onu bir nur topu olaraq dünyaya gətirmişdir. Şam sarayları onun bu nuru ilə aydınlanmışdır. Doğuş müjdəsi babası Abdul-Muttalibə çatdıqda çox sevindi. Qaçaraq gəlib onu qucağına aldı.Kəbəyə aparıb orada Allaha şükür və dualar etdi. Mədh edilməyi, öyülməyi ümidiylə ona Ardı »

Maraqlı melumatlarAXIRƏZ-ZAMANIN ƏLAMƏTLƏRI

Aşağıdakı hədis Əllamə Mühəmməd Baqir Məclisinin «Biharül-ənvar» kitabının VI cildindəndir (səh. 306-309). Hədisi heç bir şərh vermədən diqqətinizə təqdim edirik. Yalnız bunu əlavə edirik ki, ətrafa diqqətlə baxsaq, göstərilən əlamətlərin bir çoxunun həyata keçdiyini görmüş olarıq. Amma bu vəziyyətin də son hədd olub-olmadığını yalnız Allah bilir. Allah bizi bundan da betər rüzigardan qorusun!

Məşhur səhabə Abdullah ibn Abbas rəvayət edir ki, Həzrət Mühəmməd Peyğəmbərin (s) sonuncu həcc səfərində (vida həccində) o həzrəti müşayiət edirdik. Peyğəmbər Kəbə evinin qapısını əli ilə tutub üzünü bizə tərəf çevirdi və buyurdu: «İstəyirsinizmi sizə qiyamətin əlamətlərini xəbər verim?».

Həmin gün Salmani-farsi Peyğəmbərə hamıdan daha yaxın yerdə durmuşdu. O, Ardı »

Maraqlı melumatlarQiblə

[color=#039b80]Qiblə (ərəb. قبلة‎‎) — hazırda Məkkədə olan Kəbə evidir.

İslamın ilk vaxtlarında qiblə Əl-Əqsa məscidi olmuşdur. Allah tərəfindən Məhəmməd peyğəmbərə qiblənin dəyişməsi barədə ayə nazil olduqdan sonra qiblə Kəbə evi hesab olunur.

Bəqərə surəsinin 149-cu ayəsində belə buyurulur: "Hər hansı bir yerə gəldikdə (namaz vaxtı), üzünüzü Məscidül-Hərama (Kəbəyə) tərəf çevirin! Çünki Rəbbin tərəfindən göstərilən bu qiblə Haqqdır!..".

Namaz ona tərəf qılınmalıdır. Amma uzaqda olan şəxs, əgər "qibləyə tərəf namaz qılır" deyiləcək şəkildə dayanarsa, kifayətdir. Həmçinin, heyvanın başını kəsmək kimi, qibləyə tərəf yerinə yetirilməsi lazım olan işlərdə də hökm eynidir.

Vacibi namazı ayaq üstə qılan şəxsin sinəsi və qarnı üzü qibləyə doğru olmalıdır. Hətta üzünün də Ardı »