Maraqlı melumatlar → QİYAMƏT GÜNÜNÜN KİÇİK ƏLAMƏTLƏRİ (46-50)
46-ci əlamət: yaltaqlığın yayılması və günahlardan çəkindirməkdən imtina.
Hüzeyfə ibn Əl-Yamən danışır ki, Peyğəmbər (sav) belə deyib: "Mənim canım ovcunda olana and olsun! Ya siz xeyir əməllərə dəvət edəcəksiniz və çirkin hərəkətdən çəkindirəcəksiniz, ya da sizin hamınızın başına Allahın cəzası gələcək və siz Onu çağıracaqsınız, lakin O sizə cavab verməyəcək".
(Əhməd və ət-Tirmizi. Əlbaniyə görə səhihdir. Bax: "Səhih əl-Çəmi əs-Saqir", 7070.)
Əl-Həsən əl-Bəsri danışır ki, Peyğəmbər (sav) belə deyib: "Bu ümmətin qiraətçiləri hökmdarların tərəfinə əyilməyənədək, əməlisaleh bəndələr fasiqləri tərifləməyənədək, ən pisləri ən yaxşılarını hörmətdən salmayanadək, bu ümmət Allahın əli, Onun mərhəməti altında olacaq. Amma bunlar baş verən kimi Mərhəmətli Allah öz əlini onların üzərindən Ardı »