Maraqlı melumatlar → Hansı Vaxtlarda Kəbin Kəsdirmək Və Toy Etmək Bəyən
Toy hər bir müsəlmanın həyatında ən xoşbəxt günlərdən biridir. Həmin əlamətdar günü necə qeyd etməklə bağlı dini mətnlərimizdə bir sıra faydalı tövsiyələr vardır.
Bunların bir qismi kəbin kəsdirmək qaydalarına, bir qismi toy məclisinin təşkilinə, bir qismi də toy günündə və gecəsində bəylə gəlinin davranışına aiddir. Həmin tövsiyələrdən bəzilərini silsilə yazılar şəklində diqqətinizə təqdim edəcəyik.
Toydan əvvəl bəylə gəlin arasında dini kəbinin kəsilməsi vacib şərtdir. Rəsmi dövlət nikahı nə qədər lazımlıdırsa, dini kəbin də bir o qədər mühümdür. Rəsmi dövlət nikahı (VVAQ qeydiyyatı) tərəflərin ailə hüquqlarını dövlət qanunları çərçivəsində qorumağa xidmət edir. Əgər gələcəkdə boşanma baş verərsə, nikah sənədi əsasında tərəflər dövlət qanunlarında Ardı »