Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Maraqlı melumatlar~İslam dini~

Kəlimə olaraq "İslam", təslim olmaq, itaət etmək, boyun əymək deməkdir. Termin olaraq "İslam": Peyğəmbərin xəbər verdiyi şeyləri qəbul və onlara bütün varlığıyla təslim olmaq deməkdir. Dolayısı ilə İslam qəlbən təslim olmaqla bərabər, zahirən Allahın və Peyğəmbərlərinin əmirlərinə tabe olmaqdır. Bu mənada hər mömin, müsəlman, hər müsəlman da mömindir.

Allah Təala buyurmuşdur: "Allah yanında (Məqbul olan) din əlbəttə, İslamdır." (Ali-İmran,19) "Bir din kimi sizin üçün İslamı bəyənib seçdim." (Əl-Maidə,3)
"Tövbə edib Rəbbininzə dönün. Əzab sizə gəlməmişdən əvvəl ona təslim olun. Sonra sizə heç bir kömək olunmaz". (Əz-Zümər,54)
"Yalnız müsəlman olduğunuz halda ölün!" (Əl-Bəqərə,132 və Ali-İmran,102).
"Necə ola bilər ki, onlarAllahın dinindən baqşa Ardı »

Maraqlı melumatlarPEYĞƏMBƏRİMİZİN (s.a.v) həyat-Həmzə (radiyəllahu anhu)`nin İslamı qəbul etməsi

Həmzə (radiyəllahu anhu)`nin İslamı qəbul etməsi

Həmzənin İslamiyyətə girməyinə Əbu Cəhl səbəb olmuşdur. Bir gün Rəsulullah (Səlllallahu Aleyhi və Səlləm) Səfada olduğu əsnada Əbu Cəhl gələrək səbəbsiz yerə küfr etdi və bir rəvayətə görə də daş ilə vuraraq başını yardı. Sonra da Kəbədə olan Qureyş məclisinə gedib oturdu. Abdullah bin Cüdanın ailəsi bütün bu olanları Səfadakı evindən izləyirdi. Bir az sonra Həmzə əlində oxu olduğu halda ovdan qayıdırdı. Cariyə olanları Həmzəyə danışdı. Həmzə qardaşı oğlunun belə belə təhqir edilməyinə çox qəzəbləndi. Düz Əbu Cəhlin yanına gedib : "Qardaşım oğluna söyən sənsənmi? Mən də onun dinindəyəm!" deyib, əlindəki oxla Əbu Cəhlin başına Ardı »

Maraqlı melumatlarDOSTOYEVSKİ Və İSLAM

"Dostoyevski dünyası" və "İslam dünyası". Bu iki məhfumun qarşılaşdırılması ilk baxışda çoxları üçün qəribə görünə bilər. Xüsusilə də "Mütləq qurtuluş provaslavlıqdadır" fikri ilə Dostoyevskinin də həmfikir olduğunu hesab edənlər bu iki məhfumu iki təzad kimi dəyərləndirərlər.

Amma böyük yazar və mütəfəkkirin daxili dünyasına baş vurduqda tam bir başqa mənzərə, tam başqa halətlə qarşılaşmış oluruq.

Bəli, dövrünün mütəfəkkiri olan Dostoyevski ölkəsinin bu günü və sabahı üçün narahatçılıq keçirirdi. Rusiyanın gələcək durumu onu çox düşündürürdü. Lakin bununla yanaşı, onun üçün hələ uşaq ikən oxuduğu «Min bir gecə» nağıllarından təsəvvüründə canlandırdığı qədim və zəngin Şərq, islamiyyət, müsəlmanlarla ünsiyyət fövqəl dərəcədə əhəmiyyətli idi.

F.M.Dostoyevskinin Şərqə meylliyi onun mənsub Ardı »

Maraqlı melumatlarHƏZRƏT PEYĞƏMBƏRİ (S) TÖVRAT VƏ İNCİLDƏ

Şübhəsiz ki, hal-hazırda yəhudilərin və xristianların əlində olan Tövrat və İncil kitabları təhrif olunmuş İlahi kitablardır. Yəni, Musa (ə) və İsanın (ə) gətirdiyi səma kitabları deyildirlər. Bu kitablar bu iki peyğəmbərin (ə) tələbələri və ya tərəfdarları tərəfindən cəmlənmiş və yazılmışdır. Ancaq bunu da qeyd etmək lazımdır ki, bu kitabların heç olmasa bir hissəsi Musa (ə) və İsa (ə) tərəfdarlarının dedikləri əsasında yazılmışdır. Ona görə bu kitablarda gələnlərin hamısını qəbul etmək mümkün deyildir və eyni zamanda, hamısını inkar etmək də olmaz. Bəlkə bu cür də demək olar ki, bu iki İlahi kitabda peyğəmbərlərin göstərişləri başqalarının dedikləri ilə qarışmışdır.

Bütün bunlara baxmayaraq, bu kitablarda Ardı »

Maraqlı melumatlar"Allahu Əkbər" nə deməkdir?...


Biz müsəlmanlar sevindikdə, üzüldükdə, təəccüb etdikdə, heyran olduqda, hər zaman təkbir gətiririk: “Allahu Əkbər!”
Çünki, “Allah ən böyükdür!” mənasına gələn Allahu Əkbərin gördüyü iş də anlamı qədər böyükdür.
Sevindiyimiz zaman bu sevincimizi Allahın böyüklüyünə bağlayırıq.
Üzüldüyümüz zaman Allahın ən böyük olduğunu xatırlayıb təsəlli tapırıq. Ondan ayrı bir səadət və fəlakət təsəvvür etmədiyimiz üçün səfa halında da, cəfa halında da “Allahu Əkbər!” deyirik.
Təəccüb etdiyimiz zaman əslində bizi çaşdıran şeyin Allah üçün çox bəsit, adi bir şey olduğunu növbəti dəfə xatırlayırıq. Şok olduğumuz zaman bizi şok edən hadisənin Allah qatında daha böyüklərinin olduğunu dilə gətirmək üçün təkbir gətiririk.
Heyrət etdiyimiz zaman heyrətimizi o əsərə deyil, o əsərin Ardı »

Maraqlı melumatlarQuranda Peyğəmbərlərin Duaları

Quranda Peyğəmbərlərin Duaları
"Dua" lüğətdə istəmək, bir şeyə rəğbət etmək və bir kəsdən nə isə istəmək mənasındadır. (Qamus əl-muhit, dua bölməsi.)

İslamda "Dua" termini, Allahdan kömək və xeyirxahlıq diləmək, onun müqabilində öz acizliyini nümayiş etdirmək və Tanrı ilə mənəvi rabitə yaratmaqdır.

Qurani kərim bir çox ayələrdə açıq-aydın camaatı dua etməyə çağıraraq, onu qəbul edəcəyinə vəd etmişdir.
Allah-təala buyurur: "(Ya Rəsulum!) Bəndələrim Məni səndən soruşduqda, Mən (onlara) yaxınam. Dua edib Məni çağıranın duasını qəbul edərəm. Gərək onlar da Mənim çağırışımı qəbul edib Mənə iman gətirsinlər. Bununla da, ola bilsin ki, doğru yola yetişsinlər." (Bəqərə surəsi, 186-cı ayə.)

Başqa ayədə dua etməyə əmr edərək buyurur: Rəbbiniz buyurdu: "Mənə Ardı »

Maraqlı melumatlarƏSMƏUL HUSNƏ (ƏN GÖZƏL İSİMLƏR)-HƏYİYYU

əl-Həyiyyu - Allah özünü həya sifəti ilə vəsf etdiyi kimi, Peyğəmbər (s.a.v) də Onu bu sifətlə vəsf etmişdir. Buna görə də O, Həya və Kərəm sahibidir. Salman Farisi  rəvayət edir ki, Rəsulullah (s.av) buyurdu: «Əbədi və Kərim olan Rəbbimiz əllərini ona tərəf qaldıran qulunun əllərini geri boş qaytarmaqdan Həya edir»(Əbu Davud 1488, Tirmizi 3551, İbn Məcə 3865. Musnəd 5/438, əl-Albani “Səhih Tirmizi” 3/179. )

Ummu Süleym (r.a) deyir ki: «Allah haqqı bəyan etməkdən həya etməz»(Buxari 6091, Müslim 313. )

Rəsulullah (s.a.v) buyurdu: «Allah həya sahibidir və ayıbları örtəndir. Biriniz yuyunduğu zaman örtünsün»(Əbu Davud 4012. )
Hər müsəlman onu yaradan Rəbbindən utanmalı və həya Ardı »

Maraqlı melumatlarGünahların Nəticələri

“Müsnəd”də Saubanın hədisi rəvayət edilir ki, Allahın Rəsulu(sav) , deyib: “Həqiqətən insan etdiyi günaha görə ruzidən məhrum olur”.

Həmçinin orada Saubanın digər hədisi rəvayət edilir ki, Allahın Rəsulu (sav), deyib: “Digər ümmətlərin hər tərəfdən sizə yemək qabına daraşan kimi daraşacaqları vaxt yaxındır”. “Ondan soruşdular: “Bu biz az olduğumuz üçün baş verəçək?” O dedi: “Yox o zaman siz çox olacaqsınız, lakin çöp seldə olan kimi parçalanaçaqsınız. Allah düşmənlərinizin ürəklərindən sizə qarşı qorxunu götürəcək və sizin ürəklərinizə zəiflik yerləşdirəçək”. Ondan soruşdular: “Nə zəiflik?” O dedi: “Dünya həyatına sevgi və ölümə nifrət”.

“Müsnəd”də Ənasın hədisi rəvayət edilir ki, Allahın Rəsulu (sav) , deyib: “Məni səmaya apardıqda Ardı »