Maraqlı melumatlar → TƏVAZÖKARLIQ
Gözəl əxlaqı nümayiş etdirən normalardan biri də təvazökarlıqdır. Təvazökarlıq sadəlik, parlaq simaya malik olmaq mənasına gəlib özünəvurğunluq, özünü təmizə çıxarmaq və üstün tutmaq kimi xislətlərdən uzaq olmaq deməkdir. Allah taala buyurur: “Özünüzü təmizə çıxartmayın. O, Allahdan qorxub pis əməllərdən çəkinənin kim olduğunu ən gözəl biləndir!” (ən-Nəcm, 32)
Peyğəmbər (ona və ailəsinə Allahın salavatı və salamı olsun) buyurur: “Allah taala mənə vəhy etdi ki, təvazökar olasınız. Sizlərdən biriniz digərinə qarşı qürurlanmasın və haqsız davranmasın!” İnsan, üzərində haqqı olan kəslərə mülayim davranması və onların sözləri qarşısında baş əyməsi də təvazökarlığın əlamətidir. Bunlara valideynləri, alimləri, rəhbərləri aid etmək olar. Hər şeydən əvvəl təvazökarlıq edib Allah Ardı »