Maraqlı melumatlar → BAŞQALARINA MÖHTAC OLMAYIN
Həzrət Mühəmməd Peyğəmbərin (s) zamanında müsəlmanlardan biri kasıblıqdan əziyyət çəkirdi. Nə bacardığı bir peşə, nə də xərcləmək üçün sərmayəsi vardı.
Əli hər yerdən üzülmüş müsəlman əlacı bunda gördü ki, Peyğəmbərin yanına gedib ondan pul istəsin. Bu məqsədlə Mədinə məscidinə gəldi, Peyğəmbərin hüzuruna daxil olub bir tərəfdə oturdu, o həzrətə yaxınlaşıb dərdini söyləmək üçün imkan gözləməyə başladı. Bu zaman eşitdi ki, Peyğəmbər öz səhabələrinə buyurur: “Hər kim bizdən nəsə istəsə, ona verərik. Amma kim başqalarına möhtac olmaqdan çəkinsə, Allah onu hamıdan ehtiyacsız edər”.
O adam Peyğəmbərin bu sözlərini eşidəndən sonra xahişini bildirməyə utandı və heç nə demədən evinə qayıtdı. Ertəsi gün yenə Peyğəmbərin Ardı »