Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Maraqlı melumatlarQurban Bayrami.

Qurban bayramı və ya Dini qurban kəsmə bayramı — İslam aləmində ən möhtəşəm bayramlardan biridir. Bütün müsəlman aləmində hər il hicri təqvimi ilə Zilhiccə ayının 10-cu günündən başlayır və adətən üç gün davam edir. Mərasimlərdə qoyun, qoç, inək, dana və ya dəvə kəsilir. Qurbanın bir hissəsindən din xadimlərinə pay göndərilir, bir hissəsi isə kasıblara paylanır. Hamıya bərabər pay verilir, qurban kəsən özü də bərabər pay götürə bilər. Ənənəyə görə dilənçi və kasıblar bayram günü ac qalmasınlar deyə bu gün mərasimlərə dəvət olunurlar.

Tarixi

Qurban bayramı ən qədim bayramlardandır. Dini qurban kəsmə mərasimi İslamdan da əvvəl mövcud olub, lakin o vaxtlar günahdan Ardı »

Maraqlı melumatlarSələfin Həyatından İbrətlər (5)

İbrahim ibnul Əş’ar (rahiməhullah) buyurur:
- Fudeyl ibni İyəd (rahiməhullah) ilə cənazəyə qatıldıqda, bizə ölümü xatırladardı. Qəbristanlığa gedərkən, sanki ölümə gedənlər kimi, bizə nəsihət edərək ağlayardı. Kənardan baxdıqda, adama elə gəlirdi ki, cənazəni deyil, Fudeyli dəfn edəcəklər. Dəfndən sonra bir müddət qəbirlərin yanında qalıb, ölülər ilə söhbət edirmiş kimi fikrə dalardı. Qəbristanlıqdan çıxarkən isə onun halı Axirətdən gələn bir kəsin halına bənzəyərdi.

[‘Raudətuz-Zahidin’ kitabı səh. 37] Ardı »

Maraqlı melumatlarCümə namazı və onun əhəmiyyəti

Cümə namazı və onun   əhəmiyyəti

"Ey iman gətirənlər! Cümə günü namaza çağırıldığınız zaman Allahı zikr etməyə tələsin və alış-verişi buraxın. Bilsəniz, bu sizin üçün nə qədər xeyirlidir! Namaz qılınıb qurtardıqdan sonra yer üzünə dağılın və Allahın kərəmindən ruzi diləyib axtarın! Və Allahı çox zikr edin ki, bəlkə, nicat tapıb səadətə qovuşasınız!" (Cümə surəsi, 9-10).

Cümə, İslam dinində çox əhəmiyyətli qəbul edilən həftəlik ictimai ibadət günüdür. Müxtəlif hədislərdən də göründüyü kimi, cümə günü əvvəllər yəhudi və xristianlar üçün həftəlik ibadət günü olaraq təyin olunmuş, lakin bunu dəyişdirərək yəhudilər şənbəni, xristianlar bazarı həftəlik toplantı və ibadət günü olaraq qəbul etmiş, sonda cümə günü müsəlmanlar üçün yenidən həftəlik ibadət günü Ardı »

Maraqlı melumatlarHz. Məhəmməd

Həzrəti Muhəmməd (s) hicri təqvimlə 570-ci ildə Məkkə şəhərində (Səüdiyyə Ərəbistanı) anadan olub. Qüreyş tayfasından olan Muhəmmədin (s) atasının adı Abdullah, anasının adı isə Aminə idi. Abdullahla Aminənin evlənməsindən bir qədər sonra Aminənin başı üzərində peyda olan mələklər ona dedilər: “Sənin oğlun olacaq, adını Məhəmməd qoyarsan”. “Muhəmməd” sözünün mənası “Tərifəlayiq” deməkdir. İşlə əlaqədar Suriyaya gedən Abdullah qayıdarkən Mədinədə xəstələnərək oğlu Məhəmmədi görməmiş vəfat etdi. Məhəmməd 5 yaşında olarkən anasını da itirdi. Bundan sonra babası Əbdül Mütəllib Məhəmmədi öz öhdəsinə götürdü. Lakin cəmi bir ildən sonra Əbdül Mütəllib Məhəmmədi (s) Əbu Talibə
tapşırıb vəfat etdi. Əbu Talib Həzrəti Məhəmmədin (s) əmisi idi Ardı »

Maraqlı melumatlarOxusan Hecne Itirmezsen...

Bir gun
Peygemberimizden soruwurlar :
Ya Peygember, deyiniz gorek Allah
Cenneti neden yaratmishdir?
Cennetin hansi xususi elemetleri var
ve indi o haradadir?
Peygemberimiz MUHAMMED (s.a.v) ,
Allahin xeyir-duasi ve kolgesi
Onun
ustunden eskik olmasin, bele cavab
verir: - Allah teala Cenneti nurdan
yaratmishdir. Hal-hazirda o, goyun
yeddinci qatinda yerleshir. Goyun
ve yerin qatlari oldugu kimi,
Cennetin de qatlari var. Bu qatlar goyun ve
yerin
qatlari kimi biri-birinden
ferqlenir, biri digerinden yuxarida
yerleshir. Meziyyetine gore en
yaxshisi lap yuxaridaki qatdir. Cennetin her bir qatinin adi vardir.
Birinci qat Dares-Selam, yeni
dunya evi,
dunya meskeni adlanir, ikinci
qat Darul-qerar, yeni sabitlik,
sakitlik meskeni adlanir, uchuncu qat
Darul-
xulu, yeni mavi cennet, dorduncu
qat Cennetul-Mevayi, yeni ebedilik
meskeni, beshinci qat Cennetul-
Azin, altinci qat Cennetul-Naim, yeni
sefali cennet, yeddinci qat Behisht,
yaxud yer Cenneti, sekkizinci Ardı »

Maraqlı melumatlarCənabət qüslünün hökmləri

Cənabət qüslünün hökmləri

1) Şəri vəzifələrin yеrinə yеtirilməsində utanmağın yеri yоxdur. Utanmaq, vacib bir əməlin (məsələn, cənabət qüslü) tərk оlunması üçün şəri üzr hеsab оlunmur. Lakin əgər cənabət qüslünü еtmək üçün şərait yоxdursa, namaz və оruc üçün qüsl əvəzinə təyəmmüm еtmək lazımdır.

2) Əgər bir şəxs bilsə ki, cinsi əlaqədə оlarsa qüsl еtmək üçün su tapmayacaq və yaxud qüsl еdib namaz qılmaq üçün kifayət qədər vaxt оlmayacaq, yenə də cinsi əlaqədə оla bilər. Bir şərtlə ki, təyəmmüm еtmək imkanına malik оlsun.

Belə şəxsin qüsl еtməməkdə şəri üzrü оlduğuna görə qüslün şərt olduğu əməllər üçün (məsələn, namaz) cənabət qüslü əvəzinə təyəmmüm еtməlidir. Bu Ardı »

Maraqlı melumatlar10 000 dinar qızıl, yoxsa qəzaya getmiş sübh namazı?

Mərhum Məclisi belə bir hədis nəql edir: “Bir nəfər İmam Sadiqin (ə) yanına gəlir və Həzrətə (ə) Şama ticarət üçün getdiyini söylədi və məsləhət verməsini istədi. İmam (ə) buyurdu: “Getmə”. İzahat vermədi. Bu kişi getdi və İmamın (ə) sözlərinə qulaq asmadı. Onun ticarəti bir neçə ay çəkir və Mədinəyə qayıdıb, İmamın (ə) xidmətinə gəlir və deyir: “Yəbnə Rəsulullah! Mən sizə qulaq asmadım, getdim və on min qızıl dinar qazandım”. İmam (ə) buyurur: “Mən öz məsləhətimin üzərində dururam. Sənə dediyim ki, getmə”. Dedi: “Niyə, yəbnə Rəsulullah?”. “Çünki bu arada sənin bir sübh namazın qəzaya getmişdir. Bütün o pul və dünyada olan bütün Ardı »

Maraqlı melumatlarXəstəni Ziyarət Etmək

Müsəlmanların biri-birlərinə ən çox xəstəlik zamanı ehtiyac hiss edərlər. Xəstə ziyarətləri, qardaşlıq duyğularını artırdığı kimi, xəstəyə xoş
əhval ruhiyyə də bəxş edir.
"Xəstəni ziyarət edən insan ziyarətdən qayıdana qədər cənnət meyvələri arasındadır. (Müslim-Tirmizi)
Peyğəmbərimiz (s.a.v.) daim xəstələri ziyarət edər və sözləri ilə onlara xoş əhval ruhiyyə bəxş edərdi. Ətrafındakılara xəstə ziyarətinin möminlər üçün vacib olduğunu söyləyərdi. Hicrətin ilk illərində, səhabənin ölmək üzrə olan xəstələrinə Allahdan bağışlanma diləməyi bir ənənə halını almışdı.

Rəsulullah Əfəndimiz bir xəstəni ziyarət edərkən, "İnsanların Rəbbi! Sıxıntıdan qurtar. Şəfa yalnız sənin əlindədir. Səndən başqa xəstəliyə şəfa edən yoxdur "deyərdi. Xəstənin yanın gələndə belə deyərdi: "Zərəri yox, keçər. İnşaallah günahlarının təmizləyicisi Ardı »