Maraqlı melumatlar → Müqəddəslərin kəlamlarından...
Əgər əcəllər məlum olsa,arzular rüsvay və bərbad olar.
İmam Museyi Kazım(ə)
Qohumluq əlaqəsini bir içim su ilə də olsa,möhkəmləndir.
İmam Rza(ə)
Hər kim ata-anasına qəzəblə baxsa,onlar ona zülm etmiş olsalar da belə,onun namazı qəbul deyil.
İmam Sadiq(ə)
Ehtiyatın bir həddi vardır ki,onu aşdıqda qorxaqlığa çevrilər.
İmam Həsən Əskəri(ə)
Səni kədərləndirən pis bir işin,səni məğrur edən xeyir işindən Allah yanında daha yaxşıdır.
Həzrət Əli(ə)
Valideyn üçün dua etməmək ruzini azaldar.
Həzrət Əli(ə)
Xoş o kəsin halına ki,Allaha ibadət etmək müvəffəqiyyətinə nail olub,günah və xətasına isə ağlayır.
Həzrət Əli(ə)
Allahdan qeyrisinə ümidvar olanı Allah elə onun ümidinə buraxar.
İmam Məhəmməd Təqi(ə)
Yeməkdən əvvəl və sonra əlləri yumaq ömrü çoxaldır.
Həzrət Əli(ə)
Hər kim bağışlasa,əziz olar.Hər kim paxıllıq etsə,xar olar.
İmam Hüseyn(ə)
Sizlərdən bir Ardı »