Maraqlı melumatlar → İmam Həsən Əsgərinin (ə) Hədislərindən Nümunələr
Dünən, Rəbiyül-əvvəl ayının 8-də, müsəlmanların 11-ci imamı Həsən Əsgərinin (ə) şəhadət günü idi. Bu münasibətlə imamdan bir neçə hədisi diqqətinizə çatdırırıq.
“İbadət namazın və orucun çoxluğu ilə ölçülməz. Əslində ibadət Allahın işləri (yəni qüdrəti) barəsində düşünməkdədir”.
“Bütün pisliklər bir evdə toplanıb ki, onun da qapısının açarı yalandır”.
“Ədəbli olmağın üçün bu yetər ki, başqalarında görüb bəyənmədiyin işləri özün etməkdən uzaq durasan”.
“Allaha doğru gedən yol elə bir səfərdir ki, bunu yalnız gecələr oyaq qalıb ibadət etməklə qət etmək mümkündür”.
“Mömin mömin üçün bərəkətdir, kafir üçün isə höccətin tamam olmasıdır” (yəni onun axirətdə bəhanə gətirə bilməməsi üçün haqqı göstərən vasitədir).
“Höcətkənlik etmə ki, dəyərdən düşməyəsən. Zarafat etmə Ardı »