Maraqlı melumatlar → HƏDİSİN İSLAM DİNİNDƏKİ ROLU
[color=#fe5e5e]İslam dininin inkişafında və onun qısa bir zamanda bütün Ərəb ölkəsində yayılmasında hədis və sünnətin çox böyük rolu var.
Bildiyimiz kimi, ilk İslam Dövləti, 622-ci ildə Məkkədən Mədinəyə müsəlmanların hicrətindən sonra qurulmuşdur. Lakin İslam dövləti qurulduğu ilk illərdə Mədinənin yalnız bir hissəsində iqtidar sahibi idi; digər hissələrində müşrik ərəblər və yəhudilər yaşayırdı. Quran Mədinədə yeni bir dövlətin təməllərini yüksəldərkən, Ərəb bölgələrində hələ də cahiliyyə dövlətinin adət və ənənələri hökm sürürdü. Onların heç bir hökümətləri, heç bir mərkəzləri yox idi; tayfalar halında yaşayırdılar. Bu tayfalar da bir müddət sonra qəbilələrdən ayrıldığı üçün aralarında yalnız qan bağı və bir də qohumluq bağları var idi.
Məkkədə Ardı »