Maraqlı melumatlar → Quranda uyğunsuzluq yoxdur
Uca Allah belə buyurur:
"Onlar Quran barəsində düşünməzlərmi? Əgər o, Allahdan qeyrisi tərəfindən olsaydı, əlbəttə, onda çoxlu ziddiyyət tapardılar" (Nisa, 4/82)
Təbəri bu ayənin təfsirində belə demişdir: Şanı Uca Allahın: "Onlar Quran barəsində düşünməzlərmi?" kəlamını buyurmaqda məqsədi budur: Ey Məhəmməd! Sənin söylədiklərindən başqa şeyləri gecəylə planlaşdıranlar Allahın Kitabı üzərində yaxşıca düşünərək sənə itaət etmək və əmrlərinə tabe olmaq barədə Allahın onların qarşısına qoyduğu bu dəlili qəbul etməyəcəklərmi? Sənin, Rəbləri tərəfindən onlara gətirmiş olduğun, sənə nazil edilmiş bu Kitabın mənalarının uyğunluğu, hökmlərinin bir-biri ilə həmahəngliyi, bir hissəsinin digər bir hissəsini təsdiq etməsi, bir qisminin başqa bir qismini izah etməsini görmürlərmi? Heç şübhəsiz ki, Ardı »