Maraqlı melumatlar → İsa Məsih nə zaman doğulub
Hər yeni ilin gəlişi zamanı dünyanın əksər xalqları kimi, bizim də istifadə etdiyimiz miladi təqvim öz mahiyyətini ortaya qoyur. Hamımız yeni ilin hansı hadisə şərəfinə keçirildiyini və "bizim era" anlayışının hansı hadisədən qaynaqlandığını bir daha xatırlayırıq. Bəli, bu gün dünya əhalisinin böyük əksəriyyəti Həzrəti İsa Peyğəmbərin (ə) doğum gününü qeyd edir. Elə bu bayram ərəfəsində həmin mühüm hadisənin bəzi incəlikləri və tarixi şərhi barədə bir qədər məlumat verməyi məqsədəuyğun sayırıq.
Hər il Milad bayramı ərəfəsində dünyanın bir çox iri rəsədxanalarında Vifleym ulduzu barədə mübahisələr qızışır. Məsələ bundadır ki, istər xristian dini ədəbiyyatında, istərsə də İntibah dövrü incəsənətində Həzrəti İsanın (ə) doğumu "Vifleym Ardı »