Maraqlı melumatlar → Nuh əleyhissalamın həyat yoldaşı Vağilə
Min illər öncə hazırki İraqın şimalında yerləşən ərazidə Vadd, Suva, Yəğus, Yəuq və Nəsr adlanan beş əməlisaleh kişi yaşayırdı. Onlar xeyirxahlıqları və təqvaları ilə tanınmışdılar. Hamı onları sevir, onlara hörmət edir və onlardan nümunə götürürdülər. Onlar Allahın dərgahına qovuşana kimi bu cür də yaşadılar. Onların vəfatı insanları kədərə boğdu.
Şeytan insanların onlara olan sevgisindən istifadə edərək vəsvəsə etdi və dedi: "Onların sizinlə birgə olduğunu hiss etmək, onları görmək və ibadətlərini yada salmaq üçün niyə heykəllərini düzəltmirsiniz?! Belə etsəniz Rəbbinizə daha çox ibadət etmiş olmazmısınız?!
İnsanlar bu fikri bəyəndilər və heykəllər düzəltdilər. İllər keçdi, insanlar nəsildən nəslə bu əməlisaleh insanların həyat tarixçəsini nəql Ardı »