Maraqlı melumatlar → “Körpə Adlanan Bir Varlıq"
Bismilləhir Rahmənir Rahim
Bir körpənin dünyaya gəlişini təsəvvür edək. Dünyaya gəlişilə ətrafdakı bütün yaxşı insanlara sevinc bəxş edir. Körpə böyüyür, məktəbə gedir, elmilə ətrafdakıları sevindirir. Gələcəyə nikbin baxır. Hamı da onun gələcəyinə nikbinliklə baxır. Bütün yaxşılar onun vücudundan ilham alırlar.
Amma gözlənilmədən qara buludlar bu balacanın üzərini alır. Yox, heç bir irsi və digər xəstəlik aşkar etmirlər onda. Yox, xasiyyəti də dəyişmir, zahiri də korlanmır. Sadəcə, o körpə dünyaya gələndə valideynləri və ya qəyyumları bu və ya digər səbəblər üzündən sənəd əldə etməmişlər. “Bu gün edərəm, sabah edərəm” deyiblər, “növbə böyükdür, vaxtım yoxdur, bəlkə sabah sənədalmanı asanlaşdırdılar – rahat alaram” kimi mülahizələrlə Ardı »