Maraqlı melumatlar → Allah səbr edənlərlədir.
Allah səbr edənlərlədir. (Bəqərə, 153)
Allahın (subhənəhu və təalə) öz kitabında, Peyğəmbərin isə (sallAllahu aleyhi və səlləm) öz Sünnəsində əmr etdiyi ən böyük əxlaqi dəyərlərdən biri – Səbrdir. Uca Allahın Qurani-Kərimdə ‘səbr’ sözünü yüz dörd dəfə zikr etməsi də bunun əyani sübutudur.
Uca Allah səbri büdrəməyən bir at, daim iti qalan və kütləşməyən bir qılınc, məğlub edilməz bir ordu, yıxılmayan möhkəm bir qala etmişdir. Səbr möminin bağlandığı və qopmayan bir ip, imanın söykəndiyi təməldir. Səbri olmayanın imanı zəif və naqisdir. İnsanlar səbr etdiklərinə görə xoşbəxtlik əldə edib, səadətə qovuşmuş, səbr qanadları arasında Nəim Cənnətlər əldə etmişlər. Bu Allahın bir lütfüdür ki, onu dilədiyinə Ardı »