Qərbi Azərbaycan → Karvansaray rayonu
Karvansaray - Qərbi Azərbaycanda (indiki Ermənistan Respublikası) tarixi Qazax-Şəmşəddil sultanlığı ərazisində rayon.
1930-cu il sentyabrın 9-da yaradılıb. Ərazisi 1336 kv. km-dir. Rayon mərkəzi respublika tabeli Karvansaray (dəyişdirilmiş adı İcevan) şəhəridir. Rayon mərkəzindən İrəvan şəhərinə olan məsafə 142 km-dir.
Karvansaray rayonunun ərazisinə Qaraqoyunlu dərəsinin də bir hissəsi daxildir. Rayonun ərazisi Pəmbək, Murğuz,Hələb və Karvansaray dağ silsilələri ilə əhatə olunub. Ağstafa çayı (Kür hövzəsi) rayon boyu axır.
Çar Rusiyası dövründə rayon ərazisi Yelizavetpol quberniyasının Qazax qəzasına daxil idi. XX əsrin əvvəllərində bu ərazilər də erməni quldur dəstələrinin, daşnak hərbi hissələrinin hücumuna məruz qalıb.
Qədimlərdən bəri daim karvan yollarının kəsişdiyi Dilican dərəsi də Karvansaray rayonu ərazisindədir.(Son illərdə Dilican Ardı »