Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Qərbi AzərbaycanGərd

Gərd və yaxud Kərd (erm. Կարդ) — Ermənistan Respublikasının cənubunda Sünik mərzində yerləşən kənd.


1930-1995-ci illər aralığında Qafan rayonu inzibati-ərazi vahidinin tərkibinə daxil olan kənd Qafan şəhərindən 30 km şimal-qərbdə Gərd çayının sol sahilində, Mahmudlu kəndindən 2,5 km cənubda yerləşir.

Ermənistan Respublikası Milli Statistika Xidmətinin 2001-ci il məlumatlarına görə Gığı kənd icmasına daxil olan Gərd kəndində yaşayış yoxdur, kənd tərk edilib.

Adı[redaktə]
Erməni mənbələrində Garts, Gird, Kart, Karti kimi qeyd edilən kəndin adı fars dilində «lək», «gərdi», «əkilmiş tarla» mənasında işlənən «kərd» sözü əsasında yaranmışdır. Relyeflə bağlı yaranan toponimdir. Quruluşca sadə toponimdir. Ermənistan prezidentinin 19 aprel 1991-ci il tarixli fərmanı ilə kəndin adı dəyişdirilərək Kard Ardı »

Qərbi AzərbaycanBaşxanım Şəfiqızı

Həyatı[redaktə]
Rəsulova Başxanım Şəfi qızı 1880-ci ildə Göyçə mahalının Daşkənd kəndində ruhani ailəsində anadan olmuşdur. Atası Axund Şəfi, qardaşları Molla Mehdi və Hacı Rəhim dövrünün mütərəqqi ziyalısı olmuşdur.

Qardaşı Hacı Rəhim 1905-ci və 1918-ci illərdə daşnaqlara qarşı vuruşan və bu yolda şəhid olan ən cəsur igidlərdən olmuşdur. Başxanım da atası və qardaşlarından ərəb və fars dilində yazıb oxumağı öyrənmişdir.

Səxavətdə, mərhəmətdə Hatəmi-Taun qədər ad-san qazanan Başxanım hazırcavablığı ilə də Göyçə mahalında məşhur qadınlardan olmuşdur.

Böyük Vətən müharibəsindən oğlu Nəsib (1909-1941/45) və İkinci dünya müharibəsindən oğlu Zülfiqarın (1912-1939/45) qayıtmaması, həyat yoldaşı Məhərrəmin (1873-1953) gözlərinin tez tutulması və onun da vəfatı Başxanımı çox sarsıtmışdır.

Başxanım Şəfiqızı 18 noyabr Ardı »

Qərbi AzərbaycanTanrıverdi Hacıyev

Həyatı[redaktə]
Tanrıverdi Hacıyev 1917-ci ildə Göyçə mahalının Daşkənd kəndində anadan olmuşdur. 1935-ci ildə İrəvan Pedaqoji Texnikumuna qəbul olmuş və 1937-ci ildə təhsilni başa vuraraq Daşkənd kənd orta məktəbində fizika və riyaziyyat müəllimi işləmişdir. O, 1938-ci ildən Basarkeçər rayonunun Kəsəmən kənd yeddiillik məktəbində müəllim və dərs hissə müdiri olmuşdur.

1942-ci ildə Böyük Vətən Müharibəsinə səfərbər olunmuş və sağ əlindən yaralanaraq 1944-cü ildə ordudan tərxis olunmuşdur. 1946-cı ildən 1949-cu ilə qədər Basarkeçər rayonu Qoşabulaq kəndində yeddiillik məktəbdə direktor və 1952-ci ildə Zod kənd orta məktəbində dərs hissə müdiri və riyaziyyat müəllimi işləmişdir. 1953-cü ilin iyun ayından Göyçə mahalından deportasiya olunaraq taleyini Bərdə rayonu ilə bağlamışdır. Ardı »

Qərbi AzərbaycanToxluca - Heyvanat aləmi

Toxluca ərazisində canavar, çaqqal, porsuq,sincab, kor siçan,tülkü, gəlincik, kirpi, dovşan, ilan, qaya kərtənkələsi və keçəmən yaşayır. Əvəllər kəndin ətrafı sıx meşəlik imiş və bu meşələrdə maral, ayı və digər heyvanlar geniş yayılıbmış. İnsan fəaliyyəti nəticəsində məhv olub və burada yaşayan heyvan növlərinin nəsli kəsilmişdir. Məməli heyvanlardan əlavə, Toxluca ərazisində çoxlu quş növü, o cümlədən kəklik ("Qırmızı kitab"a düşüb), boz sərçə, qartal, torağay, qırğı, arı quşu, sarıköynək, qarğa, sığırçın, alabaxta, bildirçin, qaranquş, şanapipik (hop-hop), çobanaldadan, ağacdələn, göyərçin, bayquş, alacəhrə və sağsağan, "Göyçə gölü"ndə qağayı, su ördəyi, qarabatdaq, mövsümlə əlaqədar olaraq hacıleylək və digər köçəri quşlar da yaşayır. Faunanın tərkib hissəsi sayılan həşəratlara Ardı »

Qərbi AzərbaycanSona Salmanova

Sona Salmanova — «Əməkdar hüquqşünas», Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin sədr müavini.

Həyatı[redaktə]
Sona Sadıx qızı Salmanova 12 may 1956-ci ildə Ermənistan Respublikasının Spitak rayonunda (Pəmbək mahalı) anadan olmuşdur. 1963-cü ildə Gəncə şəhər 29 saylı orta məktəbə daxil olmuş və 1973-cü ildə həmin məktəbi bitirmişdir.

1979-cu ildə Azərbaycan Dövlət Universitetinin (indiki BDU) hüquq fakültəsini, 1984-cü ildə Moskva şəhərində hakimlərin ixtisasını təkmilləşdirilmə kurslarını bitirmişdir, 1988-ci ildə SSRİ Ali Məhkəməsində təcrübə keçmişdir. 1979-cu ildən 1980-ci ilədək Bakı şəhər Məhkəməsində məhkəmə iclas katibi, 1980-ci ildən 1983-cü ilin iyul ayına qədər Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun katibi, Ali Məhkəmə Rəyasət Heyəti və Plenumu katibliyinin müdiri olmuşdur.

1983-1998-ci illərdə Azərbaycan Respublikası Ardı »

Qərbi AzərbaycanAbuzər Xələfov - Təhsili, elmi dərəcə və elmi adları

1950-1955, Bаkı Dövlət Univеrsitеtinin Filоlоgiyа fаkültəsinin kitаbхаnаçılıq şöbəsi;
1961, t.e.n. "Аzərbаcаndа kitаbхаnа işinin tаriхindən (1920-1932-ci illər)" mövzusundа namizədlik dissеrtаsiyаsı;
1964, dоsеnt;
1975, t.e.d., "Аzərbаycаndа kitаbхаnа işinin tаriхi (1933-1958-ci illər)" mövzusundа doktorluq dissеrtаsiyаsı;
1978, prоfеssоr. Ardı »

Qərbi AzərbaycanDəvəxaraba

Dəvəxaraba — Ermənistan Sovet Sosialist Respublikasında kənd. Ermənistan SSR-idə 9 sentyabr 1930-cu ildə Ellər rayonu təşkil edildikdə Dəvəxaraba kəndi də onun tərkibinə qatılmışdır. Ermənistan SSR Ali Soveti Rəyasət Heyətinin 3 yanvar 1935-ci il tarixli fərmanı ilə adı Avad olaraq dəyişdirilmişdi. 1 yanvar, 1948-ci il vəziyyətinə görə Dəvəxaraba kəndi Kənkan və Qızqala kəndləri ilə birlikdə Kənkan kənd sovetliyini təşkil edirdi. Bu sovetliyin ərazisi qeyd edilən tarixə 48 km² idi və bu göstərici ilə o bütün rayon ərazisinin (880 km²) 5.45%-ni təşkil edirdi. Dəvəxaraba kəndi 1967-ci ildə ləğv edilmişdir.

Toponim[redaktə]
Toponim "dağ aşırımı, hündür dağ keçidi", "təpə", mənasında işlənən dəvə (dava/daba) sözü ilə, "dağıdılmış" mənasında Ardı »

Qərbi AzərbaycanƏsgər Əsgərov (jurnalist)

Əsgər Əsgərov (d.14.03.1936. Qaraçanta, Ağbaba mahalı) - SSRİ Jurnalistlər Birliyinin üzvü (1967), Azərbaycan Jurnalistlər Birliyinin üzvü (1986), “Təbib” nəşriyyatının baş redaktoru (2009)

Həyatı[redaktə]
Əsgər Fərhad oğlu Əsgərov 14 mart 1936-cı ildə Ağbaba mahalının (Amasiya rayonu) Qaraçanta (sonradan Əzizbəyov) kəndində müəllim ailəsində anadan olub. İbtidai təhsilini kənd məktəbində, orta təhsilini isə rayon mərkəzində almışdır.

1955-ci ildə APİ-nin (indiki Azərbaycan Dövlət Pedaqoji Universiteti) dil-ədəbiyyat fakültəsinə daxil olmuş, 1960-cı ildə tarix-filologiya fakültəsini bitirmişdir.

İnstitutu bitirdikdən sonra Amasiyada Yeniyol kənd səkkizillik məktəbində dil-ədəbiyyat müəllimi (1960), “Kolxozçu tribunası” rayon qəzetində ədəbi işçi, yerli radio verilişlərində təşkilatçı-redaktor (1960-1963), Amasiya orta məktəbində müəllim (1963-1965) işləmişdir.

1965-ci ildə Amasiya rayon Komsomol Komitəsinin birinci katibi Ardı »