Qərbi Azərbaycan → Babakişi
Babakişi — 1972-ci ilə kimi Abaran rayonunun tərkibində kənd.
Map of Amberd.gif
Tarixi[redaktə]
İrəvan quberniyasının Eçmiədzin qəzasında, indi Nairi rayonunda kənd. Nairi rayonu yaradılanadək 1972-ci ilə kimi Abaran rayonunun tərkibində olmuşdur. Rayon mərkəzindən 27 km cənub-şərqdə, Zəngi çayından axan arxın yanında yerləşir. Qafqazın 5 verstlik xəritəsində qeyd edilmişdir. Kənddə X-XIV əsrlərə aid tarixi abidələr vardır.
Toponim Babakişi şəxs adı əsasında əmələ gəlmişdir. Antropotoponimdir. Quruluşca sadə toponimdir. Kəndin adı dəyişdirilib Bujakan qoyulmuşdur.
Əhalisi[redaktə]
Kənddə 1831-ci ildə 72 nəfər, 1873-cü ildə 268 nəfər, 1886-cı ildə 435 nəfər, 1897-ci ildə 431 nəfər, 1904-cü ildə 483 nəfər, 1914-cü ildə 573 nəfər, 1916-cı ildə 471 nəfər yalnız azərbaycanlı yaşamışdır. 1918-ci ildə kənd Ardı »