[color=#fe5e5e]Məzmunu
Film Qafqaz dağlarında heyvan saxlayan bir çoban ailəsindən bəhs edir. Payızın qəfil gəlişi, dağlara qar yağması, köç yolunun bağlanması çobanı çətin vəziyyətə salır. O, bütün qarğaşasını birdəfəlik apara bilməyəcəyini dərk edib, 14 yaşlı oğlunu yurd yerində qoyur. Yeniyetmə özünü və heyvanlarını həm qar-borandan, həm də obaya hücum edən canavarlardan qorumaq məcburiyyətindədir. Tək qalan uşağa mənəvi dəstək olan dayısının ona bağışladığı körpə quzu və şəkilli dərgi olur.
[redaktə]
Film haqqında
Film Bizim Kino prodüser mərkəzində çəkilmişdir.
Film 2008-ci il üçün dövlət sifarişi ilə istehsal olunan 3 filmdən biridir.
Çəkilişlər əsasən Qubanın Xınalıq və Qalaxudat kəndlərində, Yardımlıda aparılıb[1].
Filmin Latviya və Estoniya film istehsalçıları ilə müştərək çəkilməsi planlaşdırılırdı.
[redaktə]
Filmin heyəti
[redaktə]
Film Ardı »