Filimler → Qadın rejissorlar...
Dünya kinosunda qadın rejissorların imzalarına hələ kinonun səssiz dövründə rast gəlinirdi. Yüzlərlə kişi rejissorların arasında onlar tək-tək gözə dəysə də, ötən əsrin iyirminci illərində Fransa kinosunda avanqardın atası sayılan Lui de Lukun tələbəsi Jermen Dulak artıq impressionist filmlər çəkirdi. Onun «İspan bayramı», «Gülümsəyən madam Böde» filmləri kino tarixində özünəməxsus yer tutur. Bolqarıstanda Binka Jelyaskovanın antifaşist ruhda çəkdiyi «Biz necə də gənc idik» filmi 1961-ci ildə Beynəlxalq Moskva Kino Festivalında mükafata layiq görülmüşdü.
Fransız yazıçı-ssenarist, rejissor Margerit Dyuranın «Qanqadan olan qadın» (1974), «Kəlküttə səhrasında onun adı Venetsiyadır» (1976) filmləri olduqca məşhur idi. Çex Vera Plivova-Şimkova «Kino necə çəkilir?» (1977), «Tom Soyyerin macəraları» Ardı »