Filimler → Günəşin batdığı yer... (film, 2012)
Məzmun
Film erməni vəhşiliyi nəicəsində xüsusi amansızlıqla qətlə yetirilmiş 613 nəfərdən çox Xocalı sakininin taleyindən, hadisələrin mahiyyətindən, faktlardan və baş vermiş soyqırımından bəhs edir.
[redaktə]
Film haqqında
Film Bakı şəhərində və Goranboy rayonunun Ağcakənd qəsəbəsində lentə alınıb. Bu qəsəbədə Xocalıdan olan məcburi köçkünlər məskunlaşıb. 1500 nəfərdən çox əhalinin çəkildiyi kütləvi səhnələr torpaqlarımızın düşmən tapdağından azad olunacağına bəslənən inamın təzahürüdür.
Film hadisələr zamanı öz doğma övladını boğmağa məcbur olmuş bir ananın dəhşətli hekayəsinin fonunda təqdim edilir. Həmçinin, Xocalıdan qaçmağa məcbur edilmiş və bütün qırğınları öz gözləri ilə görmüş şahidlərin tükürpədici müsahibələri, açılmış cinayət işinin Beynəlxalq konvensiyalara görə soyqırımı olmasını təsdiq edən faktlar, canlı xronika filmin əsas süjetini Ardı »