Filimler → Əcnəbi filmlər uşaqları qlobalizmin nökərinə çevirir
Bizim “çips”lərimiz yox idi, heç çubuqlu şirələrimiz də. Partlamış qarğıdalıya “pop-korn” deyildiyini lap sonralar bildik. Oyun kompüterlərindən, telefon mesajlaşmasından, on-layn çatlaşmasından tamamən xəbərsiz böyümüşdük. Evində telefon olan ailələrdə, adətən, uşaqlara telefonlara cavab vermək yasaq edilirdi. Uşaqlar televizora bəlli bir saatda baxa bilərdilər. Kənd uşaqlarına nisbətdə şəhər uşaqları daha şanslı idilər, çünki onlara axşam saat 8.45-də “Gecəniz xeyrə qalsın, körpələr” verilişinə baxmağa imkan verilirdi. Sovet uşaqlarının hamısı eyni vaxtda yatmağa alışdırılmışdı. Çünki onların rejimi səhər saat 8-də işdə olmaq məcburiyyətinə qatlaşan valideynlərin yuxu rejimi ilə həmahənglik təşkil etməli idi. Axı uşaqlar valideynlərin 8 saatlıq total yuxu rejiminin qarşılığında, azı 9-10 saat yatmalı Ardı »