Filimler → Rac Kapur..
“Axı insan nə istəyir? Pul, mövqe, uğur. Lakin insan üçün vacib olan sabah başına nə gələcəyini və sabahın bugünkündən daha yaxşı olacağını bilməkdir. Qalan heç nə vacib deyil”… Bu sözlər Hindistanın Çarli Çaplini hesab edilən aktyor Rac Kapura aiddir. Rac Kapura hələ qayıdacağıq.
Puldan söz düşübsə, gəlin bu incə məqamda bir az dayanaq… Pulun heç bir əhəmiyyət daşımadığını iddia edən, bir az da dəqiq desək, onun əl çirki olduğu fikrini illər boyu insanların beyninə yeridən sovet hakimiyyəti üçün hind kinosu, sözün əsl mənasında, sərfəli idi, hətta belə desək, göydəndüşmə idi.
Hind kinosu heç bir inqilabi mesajlar ötürmür və yağış altında rəqslərin müşayiəti Ardı »