Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

FilimlerTakvakorz (film, 2010)

Takvakorz (ing. The Taqwacores) — 2010-cu ildə istehsal olunmuş ABŞ filmi.
[redaktə]
Məzmun

Filmin çəhrayı saç düzümlü qəhrəmanı Cahangir səhər dostlarını elektron gitarası ilə namaza çağırır. Aralarında makiyajlı və ətək geyinən bir gey də var. Pivə içirlər, marixuana çəkirlər.

Qara çarşabının altından üzü görünməyən feminist, azad ruhlu Rabeya Quranı qırmızı qələmlə oxuyaraq: "Bu məmləkətdə kişilərin qadınlarını döymələri əmr olunur" deyərək bəzi yerləri daima qaralayır.

Baş qəhrəman Cahangir: "Onlar namazı buraxan uşaqlardır. Ailələrindən gizli oğlan dostları ilə görüşən qızlardır. Müsəlmanlar onları müsəlman, punkçılar da punkçı saymırlar" deyərək ortada qalan gəncliyi anlatmağa çalışır. Ardı »

FilimlerTısbağalar da uçar | Turtles can fly

Kürd əsilli iranlı rejissor Bəhman Qobadinin rejissorluq etdiyi “Tısbağalar da uçar” real insanların yaşadığı gerçək əhvalatı əks etdirən filmdir. Filmə baxanda donub qalmışdım. Eyni anda o qədər çox şey hiss edirdim ki, hissiyatsız olmuşdum. O hisslər günlər ötdükcə aydınlanmağa başladı. Amma yenə də bəzi hisslər o qədər dərindir ki, onları yazıya almaq çox çətindir...

Filmdəki hadisələr İraq-Türkiyə sərhəddində yerləşən kiçik bir kənddə cərəyan edir. Böyükdən-kiçiyə hər kəs ABŞ-İraq müharibəsinin sonunu gözləyir. Filmin əsas qəhrəmanları uşaqlardı. Ata-analarını, yaxınlarını itirən bu kimsəsiz uşaqlar minalanmış sahələri təmizləyib pul qazanmaqla dolanırlar. Çoxu iş əsnasında şikəst olub. Hərənin də bir hekayəsi var, amma Agrinin hekayəsi tam başqadı. Ardı »

FilimlerKolleksiyaçı (film, 1965)

"Kolleksiyaçı" (ing. The Collector) — rejissor Uilyam Uaylerin filmi.Mündəricat [gizlə]
1 Məzmun
2 Filmin heyəti
2.1 Film üzərində işləyənlər
2.2 Rollarda

[redaktə]
Məzmun

Filmin süjeti "Kolleksiyaçı" romanı ilə uyğun gəlir.

Pislik və tam dəyərə malik olmamaqdan əziyyət çəkən kiçik klerkin həyatının mənası kəpənək kolleksiyası yığmaqdadır. Lakin bir dəfə onun kolleksiyasına qeyri-adi bir "eksponat" düşür. Bu, onun ümidsiz vurulduğu gözəl tələbə qızdır. Qızı əldə etməyin başqa yolunu görməyən Freddi onu qaçırır və tənha evdə gizlədir. Freddi qıza söz verir ki, bir aydan sonra onu buraxacaq. Freddiyə elə gəlir ki, bu müddət qızın onu sevməsinə kifayət edəcək.
[redaktə]
Filmin heyəti
[redaktə]
Film üzərində işləyənlər
Əsərin müəllifi : Con Faulz
Ssenari müəllifləri : Stenli Mann, Ardı »

FilimlerTelefonçu qız (film, 1962)

Məzmun
Lirik kinopovestdə həyatda öz yerini tapan gənc qız Mehribanın(Raisa Nedaşkovskaya) taleyindən və onun ilk məhəbbətindən danışılır. Mehribanın məhəbbəti çətinliklərlə üzləşir, ona sevinc gətirmir, lakin qızı ruhdan da salmır. Sevdiyi adam bir zamanlar xəyalında yaşatdığı insanın səviyyəsinə qalxa bilmir. Ancaq Mehriban zahirən xəyal dostuna bənzəyən Zakiri(Nodar Şaşıqoğlu) dərindən düşünməyə və insanlara qarşı münasibətinə yenidən nəzər salmağa vadar edir.
[redaktə]
Film haqqında
Film rejissor Həsən Seyidbəylinin rejissor kimi kinoda ilk işidir.
Film Həsən Seyidbəylinin eyniadlı povesti əsasında ekranlaşdırılmışdır.
[redaktə]
Filmin heyəti
[redaktə]
Film üzərində işləyənlər
Ssenari müəllifi : Həsən Seyidbəyli, İsidor Annenski
Quruluşçu rejissor : Həsən Seyidbəyli
Quruluşçu operator : Yuli Fogelman
Quruluşçu rəssam : Elbəy Rzaquliyev
Bəstəkar : Tofiq Quliyev
Səs operatoru : Sabir İsgəndərov
Rejissor : Ardı »

FilimlerEkskursiya (film, 1991)

Məzmunu
Film defisit ərzaq mallarından bəhs edir.
[redaktə]
Film haqqında
"Mozalan" Satirik Kinojurnalı № 155, 2-ci süjet
[redaktə]
Filmin heyəti
[redaktə]
Film üzərində işləyənlər
Müəllif : Rafiq Səməndər
Rejissor : Cəmil Quliyev
Operator : Yuri Varnovski
Rəssam : Fikrət Ələkbərov
Səs operatoru : Əsəd Əsədov
Baş Redaktor : Ziyafət Abbasov
Musiqisindən İstifadə edilən Bəstəkar : Adil Bəbirov ("Bağçada Rahat Yer" qısametrajlı bədii filmindən)(titrlərdə yoxdur) Ardı »

FilimlerAzərbaycan-89 (film, 1989)

Məzmun
Burada respublikamızın elm, xalq təsərrüfatı, maarif, idman, incəsənət və mədəniyyət sahəsində qazandığı nailiyyətlər öz əksini tapmışdır.
[redaktə]
Film haqqında
Film Azərbaycan Xalq Təsərrüfatı Nailiyyətləri Sərgisinin sifarişi ilə çəkilmişdir.
[redaktə]
Filmin heyəti
[redaktə]
Film üzərində işləyənlər
Rejissor : Ramiz Əliyev
Ssenari müəllifi : Azər Əbilov
Operator : Sərdar Vəliyev
Səs operatoru : Şamil Kərimov Ardı »

FilimlerMurad-Sad (film, 1988)

Məzmun

Film qeyri-adi tərzdə yeni dövrdə gənc müasirlərimizin qarşılıqlı münasibətlərindən söhbət açır. Kinolentin qəhrəmanı Murad (Əyyub Abbasov) "Jan-Pol Maratın təqib olunması və qətli" adlı tamaşa hazırlayır. Tamaşadakı əhvalatlar Napoleon Bonapartın dövründə cərəyan edir.

Məşhur tarixi şəxsiyyətləri yada salmaqla filmin müəllifləri fransız inqilabı ilə bizim qəhrəmanlıq dövrü arasında bir oxşarlıq axtarmağa çalışırlar.
[redaktə]
Film haqqında
Bu film İ. Vaysın pyesi üzrə improvizasiyadır.
Film rejissor Oleq Səfərəliyev və operator Bağır Rəfiyevin diplom işidir.
[redaktə]
Filmin heyəti
[redaktə]
Film üzərində işləyənlər
Quruluşçu rejissor : Oleq Səfərəliyev
Ssenari müəllifi : Oleq Səfərəliyev
Quruluşçu operator : Bağır Rəfiyev
Quruluşçu rəssam : Fikrət Ələkbərov, Y. Kirşner
İkinci Rejissor : Yusif Əlizadə
[redaktə]
Rollarda
Əyyub Abbasov-Murad
Yevgeniya Şarova
Məbud Məhərrəmov
Cəmil Quliyev
Dağlar Rüstəmov-canlı Ardı »

FilimlerAzərbaycan diviziyasının düşərgələrində (film, 1932)

Məzmun
Filmdə Azərbaycan diviziyasının səhra təlimlərindən, məişətindən, hərbi və siyasi hazırlığından söhbət açılır.
[redaktə]
Film haqqında
Film saxlanılmayıb.
[redaktə]
Filmin heyəti
[redaktə]
Filmin üzərində işləyənlər
Rejissor : Ağarza Quliyev
Operator : Yevgeni Şneyderov, Boris Pumpyanski Ardı »