Filimler → Festivallar və kinonun inkişafı
Ötən əsrin ortalarında dünyada kinofestivallar təşəkkül tapanda bu tədbirlərin aparıcı simaları rejissorlar hesab olunurdular. Təşkilatçılar da əsasən yalnız rejissorların qayğısına qalırdılar. Ulduz aktyorların festivallara təşrif buyurması isə son illərin dəbidir. Bu dəbin geniş yayılmasında kütləvi informasiya vasitələrinin rolu əvəzsizdir. Festivallar kino sənayesinin inkişafına təkan verir, ən müxtəlif əməkdaşlıq müqavilələri məhz festivallarda bağlanır.
Məsələn, Venesiya festivalında 2003-cü ildən xüsusi ”Venesiya kino nümayişləri” adlı proqram təşkil edilib. Proqram məxsusi olaraq potensial satıcılar, alıcılar, prodüsserlər üçün nəzərdə tutulub. Onlar “Kazino” kinoteatrının baxış zallarında kino çarxlarına və videokasetlərə baxırlar. Sonra da ”Sinema-qarden”in xüsusi ayrılmış otaqlarında dincəlir və yeni müqavilələr bağlayırlar. “Venesiya kino nümayişləri” Ardı »