Ramazan → Ramazan ayında söyüş söyənin orucunun hökmü nədir?
Onların orucları səhihdir. Çünki haram sözlər və haram əməllər orucu batil eləmir. Ancaq şəkk yoxdur ki, onu naqis edir, faydasını və səmərəsini azaldır. Orucda məqsəd Allahdan qorxmaqdır, necə ki, Uca Allah Quranda belə buyurur: "Ey iman gətirənlər! Oruc tutmaq sizdən əvvəlki ümmətlərə vacib edildiyi kimi, sizə də vacib edildi ki, (bunun vasitəsilə) siz pis əməllərdən çəkinəsiniz!» (əl Bəqərə surəsi, 183) Allah burada orucun fərz olmasının hikmətini bəyan edir, orada hikmət Allahdan qorxmaqdır. Peyğəmbər (s.ə.s) belə buyurur: "Kim ki, pis sözü və pis əməli tərk etmirsə, Allahın o adamın yemək içməyini tərk etməyinə ehtiyacı yoxdur» (Buxari "Səhih» əsərində 2/288 Əbu Hureyrə (r.a)-dan Ardı »