Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

MəscidlərCümə məscidi (Ordubad)

Orta əsrlərə aid bu memarlıq abidəsi Ordubad şəhərin mərkəzi meydanında ən hündür yerdə ucaldılıb. Məscid möhtəşəmliyi ilə diqqəti cəlb edir. Məscidin memarlıq görkəmi XVII-XVIII əsrlərə aid abidələrin başlıca cəhətlərini özündə daşımaqdadır. Cümə məscidinin şərq qapısı üzərindəki daş lövhədə I Şah Abbasın nəsx xətti ilə farsca beş sətirlik fərmanı həkk edilmişdir.

Məscidin planı

1604-cü ilə aid olan bu fərmanda deyilir: "Ordubad qəsəbəsinin bütün əhalisinin ...Şah Abbas sülaləsinə etimadını, onların şiə məzhəbli olduqlarını nəzərə alaraq sənətkarlardan, əsnaflardan, bağlardan, əkin yerlərindən, dəyirmanlardan toplanan ixracal, itlaqat, nüzul, əvariz, qonalqa vergilərindən ibarət olan malcəhət və vücuhatı azaldıb (tədricən) ləğv etsinlər, onları Azərbaycan boniçesindən çıxsınlar və divan Ardı »

MəscidlərPirqəmiş məscidi

Pirqəmiş məscidi — Naxçıvan şəhərində Şəhid İ. Məmmədov küçəsində, Şahab məhəlləsində tarixi-memarlıq abidəsi.Mündəricat [gizlə]
1 Tarixi
2 Xarici keçidlər
3 Mənbə
4 Həmçinin bax

[redaktə]
Tarixi

Naxçıvan şəhərindəki Pirqəmiş məscidinin yaranması tarixi VIII əsrə aid edilir.Naxçıvandakı Pirqəmiş məscidi ərəblər tərəfindən tikilib ilk tarixi ziyarətgahdır. Ərəb əmirləri, zavallı qələndərin məzarı yanında (Məzar 50-ci ilədək məscidin həyətindəki tut ağacının yanında idi.) məscid binası qururlar. Həmin dövrlərdə məscid gil kərpiclə hörülərək zaman-zaman bərpa olunur. Həmin bina düzbucaqlı şəkildə tikilərək hündürlüyü 5, eni 20 və uzunluğu 30 metr ölçüsündə olur. Divarlar samanlı gillə suvanaraq, içəridən tavana (üst örtüyə) dayaq tirləri qurularaq üstü torpaqla örtülür.

60-cı illərdə şəhərdəki məhəllə məscidləri bağlanıb.Xaraba məscid Ardı »

MəscidlərHacı Hüseynqulu məscidi

Hacı Hüseynqulu məscidi — Naxçıvan Muxtar Respublikasının Ordubad rayonunun Gənzə kəndində tarixi-memarlıq abidəsi.
[redaktə]
Tarixi

Məscid Ordubadın Gənzə kəndinin mərkəzində yerləşir. Ölçüsü 23x14 m-dir. Məscidin üzərində kitabə olmasa da yerli camaatın dediyinə görə onu Hacı Hüseynqulu adlı nüfuzlu bir adam tikdirib. Öldükdən sonra özü də məscidin cənub divarının qarşısında dəfn olunub.

Məsciddə olduğu kimi qəbirin üstündə də heç bir epiqrafik sənəd-kitabə yoxdur. Ancaq son zamanlar məscid bərpa edilərkən qəbirin üstü də götürülmüş, mərmər başdaşı və sinədaşı qoyulmuşdur. Başdaşının üstündə ərəb əlifbası ilə "Mərhum Hacı Hüseynqulu, 16-cı əsr" sözləri həkk edilmişdir.

Naxçıvan bölgəsində ən qədim məscid nümunələrindən olan abidənin daxili böyük salondan ibarətdir. Sonralar, deyilənə görə, XX Ardı »

MəscidlərYuxarı Gövhərağa məscidi

Yuхarı Gövhərağa məscidi — Şuşa mərkəzi meydanının memarlıq ansamblında hakim mövqedə duran binalardan biri.Mündəricat [gizlə]
1 Tarixi
2 Layihəsi
3 Mənbə
4 Həmçinin bax

[redaktə]
Tarixi

Poçt markası (1997).

Yuxarı Gövhərağa məscidini 1883-84-cü illərdə, yəni Aşağı Gövhərağa məscidindən təхminən səkkiz il sonra Gövhər ağanın vəsaiti hesabına memar Kərbəlayı Səfixan Qarabaği tikmişdir.

Araşdırmalar göstərir ki, indiki məscidin yerində hələ Pənah хanın dövründə qarqu və qamışdan bir məscid tikilmişdir. Pənah хanın tikdirdiyi qarqu məscid 1768-ci ildə İbrahim хan tərəfindən daşla əvəz etdirilmişdir. Həmin məscid də minarəsiz kasıb görünüşə malik olmuşdur. Görünür ki, elə məscidin bu görünüşü onun qızı Gövhər ağanı qane etməmiş və buna görə həmin məscidi (XIX Ardı »

MəscidlərAzərbaycanda məscidlər

Ərəb istilasından (VII yüzil) sonra Azərbaycanda islam dininin yayılması ilə bağlı yeni tipli binaların – məscid, mədrəsə, türbə və s. tikilməsi əsas xətt oldu. Azərbaycanın ən önəmli şəhərləri olan Bərdə, Ərdəbil, Marağa, Urmiya, Şamaxı, Şəmkur (Şəmkir), Şabran, Beyləqan, Gəncə və Naxçıvan şəhərlərində məscidlərin tikilməsinə xüsusi diqqət verildi. Dövrünə görə mükəmməl sayılan məscidlər Azərbaycan arxitekturasının elementlərini özündə əks etdirməyə başladı. Hazırda məscidlər Azərbaycanın ən qədim tikililəri sırasındadır. Bu tikililər yerli əhali üçün həm ibadət yeri, həm də mədəniyyət nümunəsidir.

Tarixən Azərbaycanın bütün bölgələrində dövrünə görə əzəmətli məscidlər olmuş və onlar qorunub saxlanmışlar (Ermənistan ordusunun işğalı altında olan Azərbaycan torpaqlarındakı məscidlər istisna olmaqla). Bunların Ardı »

MəscidlərXudabəndə məscidi

Xudabəndə məscidi — Səfəvi hökmdarı Məhəmməd Şah Xudabəndə tərəfindən tikilmiş məscid.

Uzunluğu 9 metr olan bu məscidin eni 6 metr, hündürlüyü isə 12 metr idi. Kiçik mehrabı olan məscid qırmızı bişmiş kərpicdən inşa edilmişdir. 1685-ci ildə Səfəvi hökmdarı Şah Süleyman tərəfindən təmir etdirilən məscidin giriş qapısı üzərində bir təmir kitabəsi qoyulmuşdur[1] Ardı »

MəscidlərNizaməddin məscidi

Nizaməddin məscidi — Bakının Suraxanı rayonunda yerləşən Əmircan qəsəbəsinin (köhnə Xilə kəndinin) ən qədim tarixi abidələrindən biri.

XIV əsrdə yonulmuş əhəng daşından tikilən bu məscid Xilə kəndinin adlı-sanlı adamlarından olan Əmir Nizaməddinin təşəbbüsü ilə inşa edilmişdir. O vaxtlar Şirvan şahı və şeyxülislamı Əmir Nizaməddini Əmirhac ("hacılar əmiri") təyin etmişdir. Sonradan kəndin adı məhz bu titul ilə əlaqədar dəyişilərək, əvvəl Əmirhacıyan, daha sonra isə Əmircan olmuşdur. Beləliklə, Nizaməddin məscidini Əmir Nizaməddin Kəsrani Şirvanşahlar dövləti dövründə tikdirməyə başlamışdır. Məscidin mərkəzi hissəsinin qapısının üstündə fars dilində bir beyt yazılıb: "Dünya bir əyləncə, dəbdəbə, şan-şövkət və iztirabdan başqa bir şey deyildir". Kitabənin ərəb dilində yazılmış ikinci Ardı »

MəscidlərOzan məscidi

Ozan məscidi — 1884inşa edilmişdir.

Ozan məscidinin girəcəyində, qapının üstündə ərəb əlifbası ilə yazılmış əlyazma mütəxəssislərimiz tərəfindən oxunmuşdur. Məlum olub ki, məscid 1786-cı ildə tikilib. Lakin bəzi yazılar pozulduğundan məscidin memarı haqqında məlumat verə bilmirik. Rəsmi sənədlərdə göstərilənlərə əsasən, tikilinin ümumi sahəsi 357,8 m2, yararlı sahəsi isə 223,8 m2 dir. Binanın tikinti dəyəri 63.504 manatdır (bu məbləğin həqiqi dəyərini bu günkü manatımızla müqayisə etməyə çətinlik çəkirik). Məscidin əsas hissəsi kümbəzlə örtülmüş kvadrat şəkilli ibadət salonudur. Yan tərəflərdə 2 köməkçi otaq yerləşir. Ozan məscidinin həm də Hacı Abbaslı məscidi adlandırılması haqqında da məlumat verilir (F.Əhmədov "Gəncənin tarixi yaddaşı"). Ozan ağbirçəklərindən Xurşud Məşədi Musa Ardı »