Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Azeri Letifelerİsti yay günlərindən birində

İsti yay günlərindən birində Molla uzaq bir yerdən gəlirmiş. Yolda
bərk susayır. Axtarıb bir bulaq tapır. Baxır ki, bulağın gözünə bir daş
tıxayıblar. Daşı çəkir ki, əyilib su içsin, su fışqırıb Mollanın üst-başını
isladır. Molla daşı təzədən bulağın gözünə soxub deyir:
– Elə belə dəlisən ki, ağzını tıxayıblar da... Ardı »

Azeri LetifelerGünlərin birində Molla meşədə bir dovşan tutur.

Günlərin birində Molla meşədə bir dovşan tutur. Çox fikirləşir ki,
görəsən bu nə heyvandır, tapa bilmir. Axırda dovşanı torbaya salıb ağzını
möhkəm-möhkəm bağlayır, götürüb gəlir evə. Arvad soruşur:
– A kişi, bu nədir?
Molla deyir:
– Arvad, bu bir heyvandır. Qulaqları var, bax, belə... gözləri, bax,
belə-belə... Özü də ki... demə görməmişəm, bu boyda... Heç bizim vilayətin
heyvanlarına oxşamır. Deyəsən, o tərəflərdən gəlib. Sən dayan
burda, mən gedim adam çağırım, bəlkə tanıyan oldu. Amma torbanın
ağzını açma ha...
Molla gedəndən sonra arvad nə qədər çalışırsa, özünü saxlaya bilmir.
Axırda torbanın ağzını açır ki, görsün bu, necə heyvandı? Dovşan
sıçrayıb qaçır. Arvad Ardı »

Azeri LetifelerBir gün qonşularından biri Mollanın yanına gəlir ki:

Bir gün qonşularından biri Mollanın yanına gəlir ki:
– Molla, eşşəyini ver, dəyirmana bir az buğda aparmaq istəyirəm.
Molla and-aman eləyir ki:
– Canın üçün, eşşək evdə deyil. Bizim də bir az buğdamız var idi,
uşaq yükləyib aparıb dəyirmana.
Bu dəmdə eşşək tövlədə anqırır. Eşşəyin səsini eşidən qonşu deyir:
– Molla, ayıb olsun sənə! Utanmırsan eşşək tövlədə ola-ola mənə
yalan deyirsən?
Molla hirslənib deyir:
– Ayıb sənə olsun ki, mən boyda ağsaqqal kişiyə inanmırsan, tövlədəki
eşşəyə inanırsan. Ardı »

Azeri LetifelerEsger Mektubu

Salam ana necesen,men yaxşiyam meni düşünme.
-Bura ele yaxşidi,onlar hücum edir biz geri çekilirik,onlar hücum edir biz geri çekilik.
-Bele getse 1hefteye evde olacam. Ardı »

Azeri LetifelerGecələrin birində Mollanın evinin qabağında dava düşür.

Gecələrin birində Mollanın evinin qabağında dava düşür. Molla
səsə yuxudan oyanır, yorğanı çiyninə salıb çıxır ki, görsün nə olub.
Kimsə elə o saat yorğanı onun çiynindən götürür. Qaranlıq olduğu
262
üçün Molla yorğanı götürəni görmür. Ora yorğan, bura yorğan, bir də
baxır ki, səs-səmir də kəsildi. Savaşanlar elə bil ki, Mollanı gözləyirmişlər.
Küçədə heç kəs qalmadı. Molla soyuqdan titrəyə-titrəyə evə
qayıdır. Arvadı soruşur:
– A kişi, dava nə üstündə idi?
Molla deyir:
– Başa düşmədim. Deyəsən, bizim yorğanın üstündə imiş. Yorğanı
apardılar, dava da qurtardı. Ardı »

Azeri LetifelerCETIR

Oglan qizin dalinca qacaraq :
- Xanim, xanim 1 deqiqe gozleyin.
Qiz :
- Beli, ne olub?
Oglan :
- Avtobusda cetiri siz unutmusuz? Qiz :
- He dogurdane. hani?
Oglan :
- He sizindise, onda qacin avtobusun
dalinca, belke catdiniz Ardı »

Azeri LetifelerGünlərin birində Mollanın evinə tanımadıüı bir qonaq gəlir

Günlərin birində Mollanın evinə tanımadıüı bir qonaq gəlir. Bir az
o yandan-bu yandan söhbət eliyəndən sonra Molla başa düşür ki, qonaq
acdır. Ortalıüa süfrə salır, çörək qoyur, gedir xörək gətirməyə.
Molla xörəyi gətirincə qonaq çörəyi ötürür bala xəndəyə.
Molla gəlib görür ki, süfrədə bir həsir qalıb, bir Məmmədnəsir.
Çörəkdən-zaddan əsər yoxdu. Bir söz deməyib, xörəyi qoyur süfrəyə,
gedir çörək gətirməyə. Qayıdıb görür ki, indi də qonaq xörəyin dalından
dəyib. Yenə Molla bir söz deməyib, əlindəki çörəyi süfrəyə qoyur,
gedir xörək gətirməyə. Gəlib görür ki, çörək qurtarıb. Gedir çörək
üçün, gəlib görür xörək yoxdur. Qərəz, bu gecə yazıq Molla mətbəxlə
qonağın arasında Ardı »

Azeri LetifelerMolla Nesreddin - Oruc

Molla Nəsrəddin bazarda zeytun satırmış. Bir qadın ona yaxınlaşmış.
Qadın: - Zeytunnecədir, yaxşıdır?
Molla Nəsrəddin: - İstəyirsən dadına bax.
Qadın: - Mən orucam.
Molla Nəsrəddin: - Madam ki, orucsan zeytunu al get, pulunu sonra verərsən.
Molla Nəsrəddinin birdən-birə yadına düşür ki, axı ramazan deyil...
Molla Nəsrəddin: - tutduğun oruc nə orucu ki?
Qadın: - Üç il əvvəldən borcum vardı, indi onları tuturam.
Molla Nəsrəddin zeytunu satmaqdan imtina etmiş ...
Qadın: - Bir az əvvəl al get dedin, indi nə oldu ki imtina etdin?
Molla Nəsrəddin: - ... Allaha olan borcunu üç ildə verirsənsə, kim bilir mənim borcumu nə vaxt gətirərsən... Ardı »