Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Ümumi PsixologiyaDepressiya

İndiki vaxtda her keçen gün bir az daha sıx rast gelmeye başladığımız bir narahatlıq olan Depressiya (ruhi çöküntü); ümumiyyetle etrafımızda meydana gelen hadiselere bir reaksiya olaraq ortaya çıxar. Bazarertesi seherleri yaşadığımız keçici çetinliklerden, derin romantik itkinlerin yaşandığı ve psixiatr müdaxilesi teleb eden ağır hadiselere qeder bir çox narahatlıq depressiya olaraq adlandırılar. Depressiya diaqnozu XBT-10 (Xesteliklerin Beyneaxalq Tesnifatı - 10-cu buraxılış) diaqnostik kriterilerine esasen müeyyenleşdirilir. Depressiyanı teyin etmek üçün hemçinin özünüqiymetlendirme depressiya testleri de istifade edilir.

İnsanlar zaman zaman özlerini hüznlü ve bedbext hiss ederler. İşinden ayrılmaq, sevdiyini itirmek ve ya müveffeqiyyetli ola bilmemek hüzne getirib çıxaran heyat hadiselerindendir. Qısaca hüzn normal Ardı »

Ümumi PsixologiyaEmosional (affektiv) sindromlar

Maniakal sindrom əhvalın səbəbsiz yüksəlməsi, fəaliyyətin və təfəkkürün (nitqin) sürətlənməsi ilə xarakterizə olunan haldır. Bu tip insanlar özlərini çox şən və çevik aparırlar. Müxtəlif hərəkətlər nümayiş etdirirlər. Bir sıra hallarda maniakal sindrom özünüböyütmə ideyaları ilə birlikdə müşahidə olunur. Onlar özlərini güclü, istedadlı adamlar kimi qələmə verir. Lakin onların hərəkətlərində məqsədəuyğunluq, ardıcıllıq olmur, müxtəlif yersiz, mənasız tələblər irəli sürürlər. Yerinə yetirilmədikdə qəzəblənirlər (qəzəbli maniya).

Maniakal sindrom MDP (Maniakal Depressiv Psixoz)-nin maniakal fazasında və dövri (sirkulyar) psixozda, bəzən isə toksik hallarla əlaqədar meydana çıxa bilər.

Depressiv sindrom maniakal sindromun əksinə olan əlamətlərlə; fəaliyyətin enməsi, hərəkətlərin və nitqin tormozlanması ilə xarakterizə olunur. Xəstələr bütün günü qəmgin Ardı »

Ümumi PsixologiyaHiperaktiv uşaqlar

Fəal uşaq yaxşıdır. Yəni bu o deməkdir ki, uşaq ilk növbədə sağlamdır. O qacır, tullanır, yıxıb-dağıdır, dalaşır, dişləyir, rəqs edir, mahnı oxuyur və s. Belə uşağın anası ancaq uşaq yatanda sevinir.hiperaktiv uşaq

- Sən nə gözəl yatırsan!

Hər bir valideyin dünyaya sağlam övlad gətirmək arzusu ilə yaşayır. Təəssüf ki, bir sıra uşaqlar bu və ya digər fiziki, psixi travmalarla, problemlərlə doğulur. Həkimlər bunun səbəbini müasir ekoloji mühitin qadın orqanizmində əmələ gətirdiyi fəsadlarla əlaqələndirir. Bəziləri isə bunu hətta müasir uşaqların spesifik problemləri kimi qəbul edir.

Reallıq budur ki, hazırda qiperaktiv və diqqətsiz uşaqların sayı günü-gündən artmaqdadır. Simptomlarına və əlamətlərinə görə bu uşaqlar Ardı »

Ümumi PsixologiyaHisslərin idarə olunması mümkündürmü?

İnsan dünyaya gəldiyi andan etibarən ətrafında baş verən hadisələrin təsiri altında olur. Zamanla yalnız özünə lazım olan tərəflərə meyl edir, görmək istədiyini görür, eşitmək istədiyini dinləməyə çalışır. Amma yenə də ətraf aləm bizə təsir edir. Bu fakt qaçılmazdır. Ən qəribə hal odur ki, çox zaman biz qeyri-ixtiyarı hafizəmizə daxil olan hadisələrin təsiri altında daha çox qalırıq. Bu niyə belədir? Bizim qavramamız daha çox emosiyaların təsiri altında olduğu üçünmü belədir? Biz emosiyaların təsiri ilə həyəcanlandığımız üçün belə qavrayırıq?

Bəzi müsir nəzəriyyələr emosiyanı əsasən koqnitiv proseslərlə şərtləndirilmiş reksiya kompleksi kimi qəbul edirlər. Elmi araşdırmalar əsasında koqnitiv proseslərin emosional asılılıqları haqqında ümumi təsəvvürlər Ardı »

Ümumi PsixologiyaƏşyalara aludəçilik

Əşyalara aludəçilik

Əşyalar bizə hakim kəsilə, bizi idarə edə bilir
Malik olduğumuz əşyaların tədricən bizə sahib olmağa başladıqlarını heç fərq etdinizmi? Əvvəlcə həyatımıza sakitcə girir, sonra yavaş-yavaş bizə hakim olmağa və həyatımıza yol göstərməyə başlarlar. Bizim üçün böyük önəm daşıyan bu əşyalar, sevgilidən hədiyyə, atadan yadigar köhnə bir saat ola bilər. Nə olursa-olsun, onlara hər şeydən çox dəyər verərik.

NLP ustası Babək Bayramovun dediyinə görə, əşyalar biz özümüz də bilmədən bizə hakim kəsilə, bizi idarə edəbilir.
"Alacağımız yeni ayaqqabı sevdiyimiz şalvara uyğun olmalıdır, uşaqların məktəbi evə yaxın olmalıdır. Məzuniyyətə gedərkən çiçəkləri sulayacaq kimsə olmalıdır. Hər biri məsum görünən bu istəklərin, gözəgörünməz qəhrəmanları əşyalardır".

B.Bayramov bildirir ki, Ardı »

Ümumi PsixologiyaMotivasiya nədir?

Motivasiya nədir?

İnsanların hədəflərinə necə çatdıqları ilə heç maraqlanmısız?

Bill Geyts kimi sıfırdan böyük şirkətlər quranları, inadkar idmançıları, unudulmaz kəşflərə imza atan onlarla insan tanıyırıq. Bunu necə edirlər? Onları bizdən ayıran nədir?

Ən yuxarıya doğru irəliləmək və hədəfinizə çatmaq üçün belə bir israra sahib olmaq istəyirsiniz? Bunun üçün güclü bir motivasiyaya ehtiyac var. Bəs bu motivasiya nədir?

Motivasiya ən sadə mənası ilə "bir şeyləri etmə arzusu"dur. Motivasiya hərəkətə başlamanız üçün bir qüvvədir. Susadığınızda suya uzanmaq, görünmək üçün gözəl paltarlar almaq, məlumat əldə etmək üçün kitab oxumaq motivasiya sayəsində olur. "Motivləşdirmə" latın sözü olub "sövqetmə", "oyatmaq" mənası verir. İlk dəfə bu termini A.Şopenqauer öz məqaləsində işlətmişdir.

Motivasiyanın üç Ardı »

Ümumi Psixologiya25 ildə öyrəndiyim 25 həyat dərsi

Sən ya yazıq ola bilərsən, ya da güclü – bunların hər ikisinə eyni qədər enerji gedir
Ətrafındakı insanları diqqətlə seç – qırılmış ruhları düzəltmək əvəzinə güclü olanları ilə dostluq et
Dəlilik et – ruhunu cəmiyyətin stereotip qəfəsindən çıxartmaq üçün
Başqaları sənin haqda hər zaman nəsə düşünəcək, həmişə kiminsə səndən xoşu gəlməyəcək, bunu qəbul et və özün ol
Hirslənəndə kimisə dişlə
Gülümsə – qarşındakının üzündən zəhrimar yağsa belə
Xeyr, filmə baxmaqla kitab oxumaq eyni şey deyil. İkincini seç
Haqsızlıq görəndə səsini çıxart – bu sənin xarakterini formalaşdıracaq
Ağlamaq istəyəndə tualetə get – sonrada peşman olmayasan deyə
Həyatda pis insanlar var, onlarla qarşılaşanda şoka düşmə, özünə inamlı ol
Kədərli olanda özünün video klipini Ardı »

Ümumi PsixologiyaMüsbət israr üçün gözəl nümunə

Çində Bambuk ağacının yetişməsi, müsbət israr üçün gözəl bir nümunədir. Çinlilər bu ağacı belə yetişdirir:
Əvvəl ağacın toxumu əkilir,sulanır və gübrələnir.
Birinci il toxumda hər hansı bir dəyişiklik olmaz.
Toxum yenidən sulanıb gübrələnir.
Bambuk ağacı ikinci ildə də torpağın xaricinə bəhrə verməz.
bambuk ağacıÜçüncü və dördüncü illərdə hər il edilən əməliyyat təkrar edilərək bambuk toxumu sulanır və gübrələnir.
Lakin inadcı toxum bu ildə də bəhrə verməz.
Çinlilər böyük bir səbirlə beşinci ildə də bambuka su və gübrə verməyə davam edərlər.
Və nəhayət beşinci ilin sonlarına doğru bambuk yaşıllaşmağa başlayır.
Və altı həftəyə kimi qısa bir müddətdə təxminən 27 metr hündürlüyə çatır.
Çin bambuk ağacı 27 metr hündürlüyə altı həftədə Yoxsa beş Ardı »