Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Ümumi PsixologiyaOn qızıl qayda

Lev Tolstoy 18 yaşında olarkən xoşbəxtlik və uğur qazanmaq üçün “10 qızıl qayda” tərtib edib. Ömrünün axırına kimi bu qaydalara riayət edəcəyinə söz verib.

1. Tez qalx. Məsələn, saat 5-də.

2. Tez yat. Məsələn, saat 21.00-da.

3. Az ye. Şirniyyatdan uzaq dur.

4. Ev işlərinin bacardıqca özün et. Başqalarına etdirmə.

5. Məqsədlərini böl. Məsələn, bir həyati məqsədin olsun. Amma bunun bəs etməyəcəyini bil və həyatda nail olmaq istədiklərinlə bağlı ayrı-ayrı balaca hədəflərin olsun. Gələn ilin, gələn ayın, gələn həftənin və sabahkı günün hədəflərini ayrı-ayı, dəqiq şəkildə müəyyənləşdir. Hətta bir saat sonranın, bir dəqiqə sonranın planını müəyyən et. Qulağında sırğa olsun: Böyük məqsədlərə gedən yol, kiçik Ardı »

Ümumi PsixologiyaAxtardığın cavab sualından asılıdı.!

İrəliyə gedən insanlarla yerində sayan insanların arasındaki ən böyük fərqlərdən biri də Özü-özünə düşünərkən özünə verdiyi sualların fərqli olmasıdır. Sualın verilmə forması bizi irəliyə də apara bilər, geriyə də. Məsəlçün: Necə Google-də cavabını axtardığımız söz, fikir, ifadə nə qədər dəqiq olsa o qədər tez və konkret cavab qarşımıza çıxacaq, eləcədə beynimizə verdiyimiz sualın forması da ona uyğun cavabı bizə verəcəkdir. Necə Googledə qeyri-dəqiq formada axtarış etdiyimizdə Google bizə «Bunu mu», «Bəlkə bunu» deyə suala sualla cavab verir, beynimiz də qeyri-dəqiq sual qarşısında cavab əvəzinə sual verir.

Özümüzə sual verməmişdən öncə alacağımız cavablarla nə etmək, hara getmək istədiyimizi unutmamalıyıq. Sualı düzgün Ardı »

Ümumi PsixologiyaPul üçün sirr

Pulu cəzb etmək üçün fikrinizi varlı həyata yönəltməlisiniz. Əgər siz həmişə pul çatışmazlığından şikayət edirsinizsə, varlı ola bilməyəcəksiniz. Çünki, siz ancaq pulun azlığı haqda düşünürsünüz. Fikrinizi pul çatışmazlığında cəmləməklə pulunuzun kifayət etmədiyi hallarla daha çox rastlaşacaqsınız. Bu haqda arzunuza çatmaq üçün yalnız varlı olmaq haqqında düşünmək lazımdır.

Siz öz fikirlərinizlə yeni bir siqnal verməlisiniz və bu fikirlər təsdiq etməlidir ki, sizin hal – hazırda kifayət qədər pulunuz var. Təsəvvürlərinizə müraciət etmək və kifayət qədər pulunuzun olduğunu düşünmək mütləqdir. Bu, belə bir maraqlı məşğuliyyətdir! Çoxlu pula malik olduğunuzu təsəvvür etmək belə, özünüzü yaxşı hiss etməyinizə səbəb olacaq. Əhvalınız da yüksəldiyi üçün pul sanki, Ardı »

Ümumi PsixologiyaSevil Nuriyeva

- Uşaqlıqdan jurnalist olacağınızı bilirdiniz?
- Bilirdim. Hətta 13 yaşından etibarən “Gəncənin səsi” qəzetində ştatdankənar müxbirlik edirdim. Bütün yazılarım Qarabağ haqqında idi. O zaman hamı informasiya blokadasından danışırdı və mənə niyəsə elə gəlirdi ki, mən bu blokadanı yara biləcəyəm.

- Qrup yoldaşlarınızdan kimsə bu gün sizin qədər tanınırmı?
- Xeyr.

- Fərqlənməyə necə müvəffəq oldunuz?
- İlk olaraq onu deyim ki, alın yazısına çox inanıram. Qismət və təbii ki, zəhmət. Bizim işimiz özünə qarşı həqiqi sevgi tələb edir. Mən peşəmi çox sevirəm. Əli bəy Hüseynzadə, Həsən bəy Zərdabi, Üzeyir Hacıbəyov kimi insanların adı var jurnalistikada. Mən onların damlası belə ola bilmərəm. Fəxr edirəm Ardı »

Ümumi PsixologiyaSükan arxasındakı qorxunu necə dəf edək?!

Sükan arxasındakı qorxunu necə dəf edək?!

İlk dəfə sükan arxasında əyləşən hər bir kəs qorxu hissi keçirdir. Düşünür ki, idarəetməni itirəcək və qəza edəcək. Bir az qorxmaq yolda daha diqqətli olmağa vadar edər. Bəs qorxu bizə idarəetmədə maneçilik törədir və fikrimizi yayındırsa, bununla necə mübarizə edək? Sükan arxasında qorxunu necə dəf edək?

Qorxunun yaranma səbəbləri
Psixoloqlar iddia edir ki,əgər səbəbini aydınlaşdıra bilsək, istənilən qorxunu aradan qaldırmaq olar.Belə deyək, əgər sən şəhər yollarında hərəkət edərkən yolda heç bir işıqfor və yol işarələrini görmürsənsə, o zaman daha təcrübəli sürücülərlə dəfələrlə məşq etməlisən.Və hər şeyi öyrəndikdən sonra artıq öz sürücülük təcrübəndən istifadə etməyi bacarmalısan. Əgər təpəyə çıxmaqda problem yaranırsa, onda Ardı »

Ümumi PsixologiyaSaçlarınızın rəngi və quruluşu haqqınızda nə deyir?

Psixoloqların fikrincə, insanın saç rəngi, forması onun xasiyyətindən xəbər verir. Əgər sevdiyiniz insanı daha yaxşı tanımaq istəyirsinizsə, onun saç rəngini yadınıza salın və aşağıdakı uyğunluqları oxuyun.



* Tünd qara rəngli saç sahibləri – qənaətcil və sərt insandırlar. Saturunun təsiri altında olan bu insanlar iradəli və güclü xarakterlərinin sayəsində əksər istədiklərinə nail olmağı bacarırlar. Dostlarına və sevgililərinə qarşı xüsusi həssaslıqla yanaşan bu insanlar eyni zamanda Ardı »

Ümumi PsixologiyaÖzünə inamı artırmağın 10 yolu

Psixoloqların fikrincə, potensialını dəyərləndirə bilməyən insanlar özlərini bədbəxt hiss edirlər. İnsan özünün nəyə qadir olduğunu anladığı vaxtdan etibarən özünə inam yaranır. Bəzən isə elə hadisələrlə qarşılaşır ki, inam formalaşmağa macal tapmadan məhv olur. Bax, bunu özünüzə rəva görməyin. Əgər inamınızı itirmisinizsə, sizə verəcəyimiz məsləhətlərdən faydalanın.

1. Tənqiddən əl çəkməli
Tənqid – qiymətləndirmənin bir növüdür. Daha doğrusu, tənqid edərək biz insanları, özümüzü, vəziyyəti qiymətləndiririk. “Bu belə olmalıdır, başqa variantı ola bilməz” demək və ya kiminsə belə deməyinə göz yummaq nə dərəcədə doğrudur? Həyat çoxlarına “etmərəm, olmaz” dedikləri şeyləri etməyə o qədər məcbur edib ki! Ona görə, çalışın özünüzü də, başqalarını da tənqid etməyəsiniz.

2. Ardı »

Ümumi PsixologiyaUşağı döymək olarmı?!

Döymək, uşaqları nəzarətdə saxlamaq üçün sıx istifadə edilən metodlardan biridir. Bəzən valideynlər düşünüb yaxşı yollar axtarmaq yerinə daha asan olan fiziki şiddətə baş vururlar.

Təəssüf ki, bu tip “tərbiyə” üsulu ölkəmizdə çox istifadə olunur. Bu üsul uşaqda zəif vicdan və əxlaq inkişafına gətirib çıxarır. Müassir dövrdə insan sərbəst düşünə bilmək, hər situasiyaya uyğunlaşmaq elastikliyinə malik olmalıdır. Şiddətlə böyüyən uşaq elastik yox daha kinli olur.

Uşağı döyərək cəzalandırmaq onda zəif vicdanın formalaşmasına gətirib çıxarır. Çünki:

Uşaq, dəcəllik edərkən döyülərsə etdiyinin qarşılığını ödəmiş olduğunu düşünür və bu zaman etdiyinin pis nəticələrini düzəltmək üçün səy gostərməsinə gərək duymur.

Döyülmək uşaqda valideynlərinə qarşı aqressiya formalaşdırır. Ardı »