Ümumi Letifeler → Seyid Əzim Şirvaninin lətifələrindən
Lətifə 1
Bir gün bir xan məclisdə dedi ki, hər kim öz övrətindən narazıdırsa, ayağa dursun. Hamı qalxdı, ayağa durdular, məgər şəxsi ki, qalxmadı.
Xan dedi: - Ey şəxs, məgər sən övrətindən razısan ki, ayağa qalxmadın?
O cavab verdi ki, yox sənə fəda olum, bu gün övrətim qıçıma belə vurubdur ki, qıçım şikəst olubdur. O səbəbdən qalxmadım.
Lətifə 2
Bir gün Şirvanın xanı Mustafa xan mərhum məclisdə bir tərəkəmədən soruşdu ki, ey şəxs, allah neçədir?
Tərəkəmə fikir edirdi, xanın dalında duran naziri xandan məxfi beş barmağın yuxarı tutdu, yəni deginən ki, allah beşdir.
Xan qəzəbnak olub dedi ki, ey heyvan, nə danışırsan, neçə allah Ardı »