Kitablar elm → Vətən dili, II hissə
Dərslik
İkinci-üçüncü sinif şagirdləri üçün nəzərdə tutulan "Vətən dili" dərsliyinin II hissəsi 1888-ci ildə A.O.Çernyayevskinin və Səfərəli bəy Vəlibəyov un tərtibində işıq üzü görür. Tərtibçilər "Vətən dili"nin II hissəsinə geniş müqəddimə yazmışlar. II hissəyə verilən müqəddimədə tərtibçilər qeyd edir ki, II hissə əsasən K.D.Uşinskinin "Родное слово" əsasında qurulub. Həmçinin bildirilir ki, dərslikdə işlənilən yazı qaydalarının istifadəsində Mirzə Kazım bəy, Lazar Budaqov və Mirzə Əbülhəsən bəy Vəzirovun əsərləri rəhbər tutulub. Bununla yanaşı dərsliyin yazılışında müəlliflər yeni qaydalar və durğu işarələri tətbiq ediblər ki, bu haqda müqəddimənin V-VII səhifələrində kifayət qədər bəhs olunub. Həmin müqəddimədə Həsənəliağa xan Qaradağskinin (Qaradağinin) xidmətləri xüsusi olaraq vurğulanır: "Bu Ardı »