Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Maraqli Hekayelerİmamın Hekayəti

Londondakı məscidə yeni bir imam göndərilmişdi. O, şəhərə getmək üçün hər dəfə eyni avtobusa minir və çox zaman da eyni sürücü ilə rastlaşırmış. Bir gün, bilet alarkən sürücü yanlışlıqla 20 qəpik artıq qaytardı. İmam yanlışlığı oturub pulunu sayınca bildi. Öz-özünə "20 qəpiyi geri verimmi sürücüyə?" deyə düşünürdü. Amma içindən bir səs deyirdiş ki "çox gülünc bir puldur bu və sürücünün vecinə də olmaz. Avtobus şirkəti onsuz da çox pul qazanır... Sadəcə 20 qəpik onlara bir şey etməz. Bu pulu saxlaya bilərəm" deyə düşünmüş, "Allahdan gələn bir hədiyyə, lütf kimi"...
Düşəcəyi dayanacağa çatanda, imam qalxdı və fikrini dəyişdirdi, enməmiş sürücünün yanına gedib, 20 Ardı »

Maraqli HekayelerViktor Yerofeyev: “Biz özümüzü “xalq” adlandırırıq, amma millətə çevrilə bilmirik”

Yazıçı Viktor Yerofeyev rus ədəbiyyatında tanınmış fiqurdur. Ən azından ona görə ki, 70-ci illərdə samizdat almanaxı “Metropol”un nəşr edilməsinin təşkilatçılarından biri olub və buna görə də o zamankı Yazıçılar İttifaqından qovulub.



Viktor Yerofeyev qalmaqallı yazıçıdır. “Rus Gözəli” romanından sonra onu “pornoqrafik əsərlər müəllifi”, “əxlaqsız yazıçı” adlandırdılar. Bütün bunlara baxmayaraq, Viktor Yerofeyev bu gün də kitablar yazır. Müəllifi olduğu əsərlərin süjeti əsasında filmlər çəkilir. Şnitke onun “İdiotla həyat” əsəri əsasında opera yaradıb. Ancaq Yerofeyev bir çoxları üçün ziddiyyətli fiqurdur. Ən azından ona görə ki, nə solçuların tərəfindədir, nə sağçıları müdafiə edir, nə də hansı əqidəyə qulluq etmələri bəlli olmayanları dəstəkləyir.

Viktor Ardı »

Maraqli HekayelerXəyanətin cəzası

Bir Gün Yavuz Sultan Səlim bazarların birini gəzməyə qərar verir və göyərçin satılan bir yerə tərəf yönəlir.
Bütün göyərçinlər 1 qızıldır,amma bir dənəsi ayrı bir qəfəs içində və 50 qızıldır.

Yavuz Sultan Səlim soruşur :
— Bunlar 1 qızıldır bəs o biri nə üçün 50 qızıldır?
Satıcı :
— Sultanım 50 qızıllıq qiyməti olan öz cəhcəhi ilə digər göyərçinləri öz yanına çəkir və tutulmalarına şərait yaradır.

Yavuz Sultan Səlim 100 qızılı çıxarıb satıcıya verir və ver o quşu mənə deyir.

Hər kəs təəccüb içində, nə edəcək görəsən bu böyük sultan bir göyərçin quşunu deyə düşünərkən; Yavuz Sultan Səlim quşun başını tutub gövdəsindən ayırır və deyir:

-ÖZ İRQİNƏ XƏYANƏT EDƏNİN Ardı »

Maraqli HekayelerUnudulmaz sevgi...

Bu hadisə soyuq bir qış günü olmuşdu. Təxminən saat 8:30 radələrində 80 yaşında nurani bir qoca baş barmağındakı tikişi sökdürməyə gəlmişdi. Görünürdü ki, o çox tələsir, o titrək səsi ilə saat 9:00-da vacib işinin olduğunu bildirdi. Mən təəssüf hissi ilə ondan gözləməyini xahiş etdim, çünki bütün həkimlər məşğul idilər və onu 1 saata ancaq qəbul edə bilərdilər. Ağsaqqal kədərli halda tez-tez saata baxırdı və bu məni təsirləndirdi. İşim olmadığı üçün onun barmağına baxmağı qərara aldım. Barmağını müayinə edən zaman biz onunla bir az söhbət etdik. Mən marağımı gizlədə bilmədim və soruşdum:
- Yəqin siz başqa bir həkimə də getməlisiniz, ona görə belə Ardı »

Maraqli HekayelerQadin Anadir

Bezen gozlerinde,sevinc parlayar...
Bezende uzunde kederin izi...
Gulusu dunyaya sefeqler yayar,
Goz yasi parcalar ureyimizi... Bu nece quvvedir,cixarmaz sesin,
Adi baxisindan,min urek yanar.
Gunduz tesadufen gorduyun kesin,
Xeyali geceler evde dolanar... Qoymazki yuxuya gedesen bir az.
Ruhun ucar onu,gorduyun yere,
Gece bitenecen geri qayitmaz,
Seherde yadina duser min kere... Deyirik kisiyik,qururumuz var.
Ust-uste dusur bu fikirlerimiz,
Bes onda bu qurur,ne ise yarar?
Niye bu quvveye bas eyirik biz? Bu quvve qadindir,anlayir her kes.
Qadinlar anadi,bacidi,yardi...
Adida,ozude bize muqeddes,
Onlarsiz bu heyat,nece olardi? Opurem elinden,senin men bu gun.
Ey meni dunyaya getiren qadin,
İlk senin adini soylediyimcun,
Dilimnen bir omur dusmeyir adin... Gerek biz kisiler,hec oyunmeyek,
Anasiz sevinmez ureklerimiz,
O bizi heyata getirib,demək,
Qadin hesabina yasayiriq biz ... Ardı »

Maraqli HekayelerŞeir, qadın şairlər və feminizm

1

Feminizmi, gözəl qızların şeirini çirkin qızların şeirindən daha yaxşı başa düşmək kimi qavramasaq, şeir inqilabında önəmli dürtülərdən biridir. Çünkü burda "qadın"dan məqsəd, kişilərin yaşı ilə məşğul olan varlıqlar deyil, təməlçi bir gücdür. Bu güc pariarxal söyləmləri alt-üst etməklə, ədəbiyyat nəzəriyyələrini köklü dəyişikliyə uğradır. Şeirin bir gücü gələcəyin öngörənliyindədirsə, bunu femenist qadınlarda daha artıq görmək olar.

Jak Lakan bundan daha dərinlərə gedir. Lakana görə, dilin iki yönü vardır: onların biri dilin umumi, qayda qanunlu və gramatik quruluşudur; o biri isə bunlardan ibarətdir: sözcüklərlə oynamaq, rövya və anlamların sərbəst çağırışımı [association of ideas]. Bu, dilin bilincatli yönüdür. Dilin qaydalı yönü çalışır ki, bilincaltı yönü Ardı »

Maraqli HekayelerMenim ömrüm...

Menim gözlerimde qem görmek olar
Menim gözlerimi nem görmek olar
Ancaq peşmanlıqdan bir kölge, bir iz
Heç vaxt gözlerimde görmeyeceksiz.

Gözel yaşamışam men öz ömrümü,
Onu zerger kimi naxışlamışam.
Gül, çiçek kimi yox, duz, çörek kimi
Möhtac olanlara bağışlamışam.

Defterim, qelemim döyüş bayrağı
Masamın ardında senger qurmuşam
Çirmeyib qolumu bağban sayağı
Ömrümü yüz ömre çalaq vurmuşam

Dünya od tutardı, bulaq ömrümü
Ona damcı damcı içirmeseydim.
Sönerdi kehkeşan, çıraq ömrümü
Onun gözlerine köçürmeseydim

Gözel yaşamışam bahar ömrümü,
Demişem: Sıxılma, qısılma, şığı !
Üzen donanmalar yelken isteyir,
Döyüşen kişiler ruh azaldığı.

Ocaq ol, ateş ol boranda, qarda.
Od gören qurdların gözleri sönsün.
Ardı »

Maraqli HekayelerVaza və Alma

Qədim Çin filosofu Konfutsi insanlara bir şeyi göstərməyin ən yaxşı yolun onu nümunələrlə göstərmək olduğunu bilirdi.
Bir gün Konfutsi şagirdlərinin yanına gəldi. Onun bir əlində vaza, bir əlində isə alma var idi. Konfutsi şagirdlərinin təəccüblü baxışları altında almanı vazanın içinə saldı. Sonra da üzünü şagirdlərinə tutub:
- Kim almanı vazadan çıxarsa, o, almanı yeyə bilər, - dedi.
Şagirdlərdən biri çox acmışdı. Buna görə də, birinci o ayağa qalxdı və əlini vazanın içərisinə saldı. Ancaq vazanın aşağı hissəsi geniş, yuxarı hissəsi isə dar idi. Buna görə də, şagird nə qədər çalışsa da, almanı vazadan çıxara bilmədi. Nəhayət:
- Əlimi çıxara bilmirəm! - deyə sızıldadı.
Konfutsi isə:
- Əlini Ardı »