Qezeller → "Laləyə göstər üzün gülşəndə həmralənməsin"
Laləyə göstər üzün gülşəndə həmralənməsin,
Nitqə gəl bülbül çəməndə bir də şeydalənməsin.
Dur gözüm qurbanı, səhni-gülşənə qoy bir qədəm,
Sərv balalənməsin, nərgiz də şəhlalənməsin.
Zülfi-müşkinin dağıt ləli-şəkərbar üstünə,
Qönçə xəndan olmasın, sünbül mütərralənməsin.
Qıl müqəvvəs qaşların, tərfi-gülahindən əyan,
Qürrə məh şəklinə əbrusinə qərralənməsin.
Sinəmi qıl xəncəri-müjganın ilən çak-çak,
Ta sənin mehrindən özgə şeyə məvalənməsin.
Dütdüm eşki-xünfəşan ilə gözüm rövzənlərin,
Səndən özgə mahiruxsarə tamaşalənməsin.
İşvəvü nazü daləlü ğəncu qəmzənlə, necə
Taqətü aramü əqlü rusi yəğmalənməsin.
Çeşməyi-heyvan görüb ağzın rəqib etsə təmə,
Çeşməyi-heyvan deyil, söylə təmənnalənməsin.
Raci, göz yaşı əgər əksildü cövri-düşməni,
Şöləyi-atəş kəbab əşkinə əfzalənməsin. Ardı »