Qezeller → " Könlümdə " qəzəli
Çıxıb gedən günü sən od qalandı könlümdə,
Kədərdən arzularım çalxalandı könlümdə.
Məhəbbətim qəmi-hicrində yandı şiddətlə,
Köz üstə sanki kababdır, sulandı könlümdə.
Ürək qan ağladı, yaş tökdü yaz yağışları tək,
Ümidlərim qısılıb daldalandı könlümdə.
Xoş istirahətə yer tapdı dərd-ələm elə bil,
Köçün salıb gecə-gündüz dolandı könlümdə.
Əlində həsrətin, ey gül, tutub güman çöpünü,
İşin-gücün buraxıb qurdalandı könlümdə.
Bu qəm burulğanı tufan gətirdi atəşli,
Nə var qırıldı qırıldıqca yandı könlümdə.
Soruşma dərdimi, Yasin, müsibət üz verdi,
Həyat o gül gedən andan dayandı könlümdə. Ardı »