Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Qezeller" Yox bir aşiq ki, mənim tək cigəri qan olsun " qəzəli

Yox bir aşiq ki, mənim tək cigəri qan olsun,
Cümlə aləm ona bir guşeyi-zindan olsun.

Salıb öz meylini könlüm quşu bir tərsayə,
Çox çətin küfrə uyan bir də müsəlman olsun.

Dözmək asan deyil hicrana axı, ey naseh,
Demək asandı bu müşkül dəxi asan olsun.

Ey təbib, gəlmə mənim üstümə bica yerə, bil,
Sən bilən dərd deyil eşq, ona dərman olsun.

Döz, deyən çoxdu hələ, bəs bu məgər mənlikdir?
Dözməyə hicrə gərək canda bir imkan olsun.

Evi yanmış o rəqib can evin alt-üst elədi,
Dağılıb öz evi, öz xanəsi viran olsun.

Qurana and içib əğyar dəxi, bizlə yox işi,
Qoy qənim qəlbi Ardı »

Qezeller" ÖLÜR"

GƏL HÜSEYN BACUN SƏNƏ QURBAN BACUN ZEYNƏB ÖLÜR,
TEZ GALİÜN BİRDƏN GÜLƏR DÜŞMAN BACUN ZEYNƏB ÖLÜR.

NİZƏ ÜSTÜNDƏ OXURDUN BİR ZAMAN QURAN HÜSEYN
GƏL BAŞİM ÜSTƏ OXİ QURAN BACUN ZEYNƏB ÖLÜR.

SƏN NECƏ KƏRVÜBƏLADA ƏTŞAN ÖLDÜN QARDAŞM
GÜN QABAQİNDA LƏBİ- ƏTŞAN BACUN ZEYNƏB ÖLÜR.

ABU-HEYVANDA MƏNƏ BİR KİMSƏ VERSİN İCMƏRƏM
COX YORUBDUR RUHİMİ DÖVRAN BACUN ZEYNƏB ÖLÜR.

YEDDİ QARDAŞİN BİR YOXDU GÖZÜM YOLLARDADİ
HƏSRƏTÜZDƏN GÖZLƏRİ GİRYAN BACUN ZEYNƏB ÖLUR.

ALTUVUZ BƏSSİZ CƏNAZƏMDƏ ƏBƏFƏZLƏ DEMÜN
QOLLARİ YOXDU OLAR PEŞMAN BACUN ZEYNƏB ÖLÜR.

HƏR BACİ CAN ÜSTƏ ÖZ QARDAŞİNİ İSTƏR HÜSEYN
CAN VERİR YOX QALMAQA İMKAN Ardı »

Qezeller"Sənsiz, ey mah, nə günüm gün, nə ayım ay olur"

Sənsiz, ey məh, nə günüm gün, nə ayım ay olur,
Süzülür göz yaşım hicrində axıb çay olur.

Gecə-gündüz səni izlərsə də yetmir, alışır,
O səbəbdən günü göylərdə Günün vay olur.

Qönçə bəhs bəstə dəhan ilə qılıb,-qıldı qələt,
Ki, açar-açmaz üzərlər, ya solub zay olur.

Başımın qarı səni, ey gül, üşütmüşsə əgər,
Bas qədəm könlümə orda əbədən yay olur.

Sanma göz-qaş ilə olmaz daha əqlim başdan,
Bir nəzər sal, iki ox at, üçəcən say,olur.

Atəşi-ahimi söndürdüm ürək qanım ilə,
Bəs onun tüstüsüdür ərşdə lay-lay olur.

Bizəban,- hicr odu, - qəm çəkmə əritmiş canın,
Vəslə can at sənə orda yenə can pay olur. Ardı »

Qezeller"O tari-türrəni, ey nazənin, yavaş darə"

O tari-türrəni, ey nazənin, yavaş darə
Ki, bağlıdır neçə yüz min könül o bir tarə.

Könül həmişə sənin bəstəri-qəmində yatır,
Bu rəsmdir ki, əyadət edərlə bimarə.

Vüsalının gecəsi sübh tək olur rövşən,
Fərağının günü zülfün kimi mənə qarə.

Bu qanə dönmüş olan könlümün günahı nədir
Ki, qara zülfüvə hökm eylədin çəkə darə?

Könül onun səri-kuyində oldu min parə,
Yarın məhəlləsinə sağ gedən gəlir parə.

O tari-zülfüvü könlüm kimi edər dərhəm,
Qarışsa naleyi-ahım nəsimi-əsharə.

Gülün cəmalına şəbnəm səpər çəməndə gülab,
Neçün ki, qəşş eyləyirsən çıxanda gülzarə.

Fəraqi-yar ilə nakam can verib gedirəm,
Əya, səba, de sevinsin o bivəfa yarə. Ardı »

Qezeller" Sərvə baxmaz, görsə hər kim ..."

Sərvə baxmaz, görsə hər kim yarımın şümşadını,
Sərvə oxşatmaq onu, bədnam edibdir adını.

Gözlərin cəllad edib bu Xosrovi-iqlimi-naz,
Görməsin heç dini-kafər bu şəhin cəlladını.

Ləblərin şəhdini şəkkərdən uman aqil deyil,
Bilməsə hər kim bunu, bilməzdir ağzın dadını.

Xosrovi-eşqin edib məmureyi-könlüm xarab,
Bu necə şəhdir ki, məxrubə edər abadını?

Çəkmə bica dərdi-sər, qaç, burda durma, ey rəqib,
Aşinayə baxmayan heç yad qılmaz yadını.

Badzən çaldım üzünə açdı şəhla gözlərin,
Mən, o seydə bənzədim: bidar edə səyyadını.

Eşqinə mən mal-mülkü cani-ömrüm vermişəm,
Bu məsəldir kim; “utanmaz, versə hər kim zadını”. Ardı »

Qezeller"Çıxıb mürği-könül təndən gəzər dildar olan yerdə"

Çıxıb mürği-könül təndən gəzər dildar olan yerdə,
Ki bülbül aşiyan eylər, bəli, gülzar olan yerdə.

Görüb zülfün, rüxün kani-məlahət olduğun bildim,
Ki derlər: gənc olur bişək cahanda mar olan yerdə.

Süpahi-qəmzə ilə könlümü talan edər çeşmin,
Olurmu zülm bunca ey gözəl, zinhar olan yerdə?

Əlacimdən təbib, əl çək, bu qədr incitmə mən zarı,
Dəvası vəsldir, dil eşqilə bimar olan yerdə.

Dili-viranımı gör, eyb etmə ahü əfğanım,
Sədayi-cüğd olar, naseh, sınıq divar olan yerdə.

Bu doğrudur, deyərlər: it olan evə mələk gəlməz,
Vəfalı yar əglənməz bəli əğyar olan yerdə.

Zülali, nənkü namın tərkin et rəfi-hicab iylə,
Görünməz şahidi məqsud, nənkü ar olan Ardı »

Qezeller" Səhər-səhər danışır tər ləçək şehin nağılın " qəzəli

Səhər-səhər danışır tər ləçək şehin nağılın,
Şükufə yarpağı ahəstə xoş mehin nağılın.

Yolüstü çay boyu xış-xış qamışların səsi də,
Pıçıldayır mənə sakitcə fatehin nağılın.

İçimdə bir dəli sevda qırıq-qırıq səslə,
Eşitdirir sarıköynəklə Valehin nağılın.

Nədən xeyir ola əl çəksin eşqdən könlüm,
Eşitmək istəmirəm heç bu nasehin nağılın.

Zaman-zaman üyəyimdən oğurlanan fikrim,
Car eyləyib danışır gündə Vazehin nağılın.

Bu Yasinin yığışıb dərd, ümid kəsir dəvəsin,
Eşitməyib əməli, fikri salehin nağılın Ardı »

Qezeller"Mənim"

Bir nəfər yoxdu desin dərdimi cananə mənim.
Canımın hicri gətirmiş canımı canə mənim.

Yandı canım, bu yanan canıma tək mən yanıram,

Yoxdu bir kimsə ki, canım canıma yanə mənim.

Qalmadı yanmağa canım daha məhşər gününə,
O qədər yandı canım atəşi-hicranə mənim.

Aşiqəm vardı mənim əqli-kəmalım bilməm,
Nə səbəbdən deyilir adıma divanə mənim.

Uyma dünyaya Dadaş, vermə cavan ömrü hədər,
Bunu dərk et, nə sənindir qoca dünya, nə mənim. Ardı »