Şirniyyatlar → Moruqlu rulet
Yay şirniyyatın daha bir resepti
Ərzaqlar:
Xəmir üçün:
3 ədəd yumurta
1 x.q. şəkər tozu
0,5 banka qatılaşdırılmış süd
100 qram kərə yağı və ya marqarin
4-6 x.q. un
qabartma tozu
Krem üçün:
200 qram moruq (2 stəkan)
400-500 ml moruq və ya vanilli yoqurt
0,5-0,75 stəkan şəkər tozu
150 ml qaymaq (33%)
0,5 stəkan şəkər pudrası
2 x.q. jelatin (tez həll olunan)
Hazırlanma qaydası:
Unu ələkdən keçirib, qabartma tozu ilə qarışdırın. Kərə yağı və yaxud marqarini əridib, kənara qoyun. Yumurtaları şəkər tozu ilə mikserdə çalıb, üzərinə tədricən qatılaşdırılmış südü əlavə edin. Sonra üzərinə unu tökərək, yenidən yaxşıca mikserlə çalın. Sonra çalınmış xəmirin üzərinə əridilmiş yağı əlavə edib, yaxşıca qarışdırın.
Bişirmək üçün xüsusi forma qabına perqament kağızı qoyub Ardı »