Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

II Vilhelm

II Vilehlm (alm. Friedrich Wilhelm Viktor Albert von Preußen) — alman imperatoru III Fridrixin oğlu, 1888-1918-ci illərdə alman imperiyasının imperatoru olmuşdur.

O Prussiya imperatoru Fridrixin (1831–1888) və onun xanımı Viktoriyanın (1819–1901) oğlu kimi dünyaya gəlir. O belə ki, imperator İ Vilhelmin və Böyük Britaniya kraliçası Viktoriyanın nəvəsi idi. O anadan olanda aldığı xəsarətdən əlinin biri şikəst idi. Şəkillərdə o həmişə bu əlini başqası ilə gizlətmədər və ya da fotoaparata yan tərəfdən baxardı.

II Vilhelm onun bababsı I Vilhelm və atası III Fridrix vəfat etdikdən sonra 29 yaşında imperator olur.
Xarici siyasəti
II Vilehlm alman tarixində daha çox güclü xarici siyasəti ilə yadda qalmışdır.

Onun imperatorluğu dövründə Alman imperiyasının müstəmləkəçilik siyasəti genişlənir ki, bu da Afrikada və Çində hərbi toqquşmalara səbəb olur.

İmperatorun Britaniya donanması ilə rəqabətə girə biləcək hərbi dəniz donanmasını yaratmaq cəhdi Londonda mənfi qarşılanır və XX əsrin əvvəlində ingilis-alman dəniz silahlanmasında yarışmaya səbəb olur. Onun əsas müttəfiqi Avstriya-Macarıstan monarxiyasının Balkandakı ekspansiya siyasətini və onun Osmanlı imperiyasını dəstəkləməsi Rusiya ilə olan münasibətlərini həddən artıq kəskinləşdirir. Avropanın nəhəng dövlətləri arasında olan konfliktlər, Vilhelmin Böyük Britaniya və Rusiya ilə şəxsi qohumluq və dostluq müasibətlərinin olmasına baxmayaraq Birinci dünya müharibəsinin başlanmasını dayandırmaq mümkün olmamışdır.

Almaniya öz müstəmləkələrindən məhrum olduqdan sonra iki cəbhədə müharibə aparmalı olur. Nəticədə arxa cəbhədə iqtisadi durum pisləşir. Müharibədə məğlubiyyət 1918-ci ildə Almaniyadakı inqilabla paralel baş vermişdir. Bundan sonra Vilhelm Almaniyanı tərk edərək neytral Niderlanda köçür.

Sosial siyasəti
II Vilehlmin hökmranlıöı dövründə Bismarkın sosializmin zəiflədilməsi xəttindən uzaqlaşma hiss olunur. Bimsarkın sosialsitlərin əleyhinə işlədiyi qanun yerinə yetirilmir, hökümətin sosial-demokratlarla yaxınlaşması hiss olunur. Hətta sosial-demokratlar 1914-cü ildə Birinci dünya müharibəsinin başlanmasını dəstəkləyirlər.

Onun idarəçiliyi dövründə bazar günü işlməyi qadağan edən qanun, qadın və uşaqların gecə növbəsində işləməsini, qadınların sonuncu hamiləlik aylarında işləməsini qadağan edilməsi və 14 yaşından kiçik olan uşaqların işləməsinin məhdudlaşdırılmasını tənzim edən qanunların qəbulu ölkədə iqtisadiyyatın inkişafına kömək etmişdir.

O deyirdi ki, "mən kasıbların şahı olmaq istəyirəm". Belə ki,vergilərin proqressiv şəkildə tətbiqi də İ Vilhelmin dövründə qəbul edilmişdir.

Fəaliyyətinin sonu
1919-cu ildə bağlanmış Versal sülh müqaviləsinə əsasən Vilhelm müharibənin səbəbkarı kimi Beynəlxalq tribunalda mühakimə edilməli idi. Ancaq Niderland höküməti onu vermir, və eyni zamanda qalib dövlətlər də bunu tələb etmirlər. Vilhelm ömrünün sonuna kimi Niderlandda yaşayır. 1920-ci illərdə onunla dostluq əlaqəsi olan feldmarşal Paul fon hundenburq ilə o aktiv məktublaşır. Vilhelm öz yaxın dostu Hundenburqun 1925-ci ildə Vaymar respublikasının prezidenti seçilməsini alqışlayır. 1926-cı ildə Prussiya landtaqı Vilhelmə əvvəllər malik olduğu torpaq sahələrini qaytarmaq üçün qərar qəbul edir. Bu torpaqlar 1918-ci il inqilabı ərəfəsində Vilhelmin əlindən alınmışdır. 1920-ci illərində Vilhelm xeyriyyəçilik ilə məşğul olur. 1928-ci ildə o "Hadisələr və adamlar 1878-1918" adlı kitab yazır. Burada Vilhelm o dövrdəki dünya tarixini öz baxışından təsir edir.

Vilhelm İkinci dünya müharibəsi ərəfəsində, 1941-ci ildə Almaniya tərəfindən zəbt olunmuş Niderlandda vəfat edir.


Tarix: 26.02.2015 / 18:58 Müəllif: Feriska Baxılıb: 384 Bölmə: Almaniya tarixi
loading...