Çərəktar — Azərbaycan Respublikasının Kəlbəcər rayonunun inzibati ərazi vahidində kənd. Çərəktar kəndi əvvəllər Dağlıq Qarabağ Muxtar Vilayətində Ağdərə rayonu inzibati ərazisinə aid idi, lakin 1992-ci ildə Ağdərə rayonu ləğv edilərək ərazisi qonşu Ağdam, Tərtər və Kəlbəcər rayonları arasında bölüşdürüldü. Çərəktar kəndi də Kəlbəcər rayonuna birləşdirilən kəndlərdən biridir. Çərəktar kəndi Qarabağ müharibəsi zamanı 1993-ci ildə Ermənistan Respublikası Silahlı Qüvvələri tərəfindən işğal edilib.
Tarixi
Çərəktar Kəlbəcər rayonunun eyniadlı inzibati ərazi vahidində kənd. Dağətəyi ərazidədir. Yaşayış məntəqəsini kolanı tayfasına mənsub ailələr Çərəktar adlı yerdə saldıqları üçün belə adlandırılmışdır. Çərəktar "icarəçi" deməkdir. Gorunur, kəndin ərazisi əvvəllər əkin sahəsi kimi icarəyə verilirş
Tarix: 26.01.2015 / 17:27 Müəllif: Feriska Baxılıb: 27 Bölmə: Azərbaycanın müharibələri