Həyatı
Maarif Köçkün 3 fevral 1960-cı ildə Laçın rayonunun Hacısamlı kəndində anadan olub[1]. 1966-cı ildə valideynləri ilə birlikdə həmin rayonun Hətəmlər kəndinə köçüb.
Maarif Köçkün yaradıcılığa uşaq yaşlarından başlasa da, şeirləri XX əsrin 90-cı illərində müxtəlif qəzet və jurnallarda, almanaxlarda çap olunub.
Qarabağ müharibəsi iştirakçısı, şair-publisist Maarif Köçkün "Laçın yurdu" jurnalının müxbiridir.
Yeni Azərbaycan Partiyasının üzvüdür.
Kitabları
"Yurdumun baharı yadıma düşür", Bakı,
"Ötən əsrlərdən gələn sorağam", Bakı,
"Laçının yollarında", Bakı, "Bəxtiyar-4" nəşriyyatı, 2009.
"Mübariz cəsarəti", [[Bakı, "Bəxtiyar-4" nəşriyyatı, 2011. 160 səh. 500 nüsxə.
"Vətən həsrəti", Bakı, "Bəxtiyar-4" nəşriyyatı, 2012. 160 səh. 500 nüsxə.
"Unuda bilmirəm", Bakı, "Bəxtiyar-4" nəşriyyatı, 2013. 352 səh. 500 nüsxə.
Tarix: 26.01.2015 / 19:01 Müəllif: Feriska Baxılıb: 87 Bölmə: Azərbaycanın müharibələri